77 QƏPİYƏ İDXAL OLUNAN MAL 20 MANATA SATILIR — İnhisarçılıq, yoxsa… + CƏDVƏL

  • 12 795
  • /
  • 10-03-2018, 17:35


Dövlət Gömrük Komitəsi (DGK) respublikaya idxal olunan bəzi malların, xüsusilə quru meyvələrin gömrük orqanlarında rəsmiləşdirildiyi qiymətlərlə həmin malların daxili bazarda faktiki satış qiymətləri arasında ciddi fərqlərin olması məsələsinə aydınlıq gətirib.Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, DGK mütəmadi olaraq daxili bazarın monitorinqini aparır, xüsusən bayram və mövsumi dəyişikliklər ərəfəsində daxili bazarın vəziyyətinin öyrənilməsini və idxal ilə daxili bazar münasibətlərini prioritet məsələ kimi nəzarətdə saxlayır.
Novruz bayramı ilə əlaqədar DGK tərəfindən bu yaxınlarda araşdırma aparılıb və quru meyvələrin sahibkarlar tərəfindən bəyan edilən gömrük dəyəri və faktiki bazar qiymətləri arasında müqayisəli təhlil aparılıb. Sonuncu aparılan araşdırmalar üzrə qiymətlər aşağıdakı cədvəldə verilib:
1457153417_600x506x600p400.jpg.pagespeed.ic.udhfuv5rit
Məlumatda həmçinin bildirilir ki, bir il ərzində 50-dən artıq yerli şirkətlər quru meyvə idxal edib. Bu da daxili bazarda inhisarçılığın olmamasını bir daha göstərir. 
Bununla belə bəzi məhsulların idxal qiymətlərilə bazar qiyməti arasıda kəskin fərqin olması diqqəti çəkir. Bunu 2 amillə əlaqələndirmək olar: ya idxal zamanı gömrükdə həmin məhsulların dəyəri xeyli aşağı göstərilməklə dövlət rüsumundan yayındırılır,  ya da bu quru meyvələri idxal edən şirkətlər eyni adamın nəzarətindədir. O da bazara istədiyi qiyməti diqtə edir. Yəni, ya inhisarçılıq var, ya da saxtakarlıq!
1457153454_610x380xs-690.jpg.pagespeed.ic.-bq2edrksxскачать dle 12.1

MARAQLI OLA BİLƏR