Bürclər-15 aprel

  • 292
  • /
  • 14-04-2018, 20:26


Qoç
Günün əvvəli asan olmayacaq. Bu vaxt sakitliyi saxlamaq çətin olacaq, emosiyaların təsiri altında isə siz düzəltmək çətin olan səhvlərə yol verə bilərsiniz. Sonra xeyli iş və qayğı yaranacaq. Onların çoxunun öhdəsindən təkbaşına gəlməli olacaqsınız. Yaxınlarınızla hansısa müştərək fəaliyyət barədə razılığa gəlmək çətindir, buna görə sizin bəzi planlarınız həyata keçirilməmiş qala bilər.
İstirahət etmək, mənəvi və fiziki gücünüzü bərpa etmək imkanı yaranacaq - onu qaçırmayın. Kiçik səfərlər, şəraitin dəyişməsi bu gün sizin üçün çox faydalıdır.
Buğa
Əgər siz ancaq öz gücünüzə arxalansanız gün yaxşı olacaq. Ətrafdakılarla fikir ayrılıqları istisna deyil. Əvvəllər yaxşı yola getdiyiniz insanlarla ümumi dil tapmaq çətin ola bilər. Əgər sizin yumor hissi və nəyin vacib olub-olmamasını anlamaq bacarığı olmasa xoşagəlməz nəticəsi ola biləcək anlaşılmazlıqlar daha tez-tez yaranır.
Əgər sizin tanışlar əvvəllər əldə edilmiş razılıqları pozsalar, öz niyyətlərini qəfil dəyişsələr təəccüblənmək lazım deyil. Çox güman ki, siz planlaşdırdığınızı etməyi deyil, improvizasiya etməyi üstün tutacaqsınız.
Əkizlər
Günün əvvəlində heç kimlə mübahisə etməməyə çalışın. Bu asan deyil, amma buna gücünüz çatır. İnanın ki, səyləriniz nəticəsiz olmayacaq: ətrafdakılarla yaxşı münasibətləri saxlamaq, hər kəsin əhvalını korlaya biləcək münaqişələrdən qaçmaq mümkün olacaq. Sonra hansısa vacib informasiyanın əldə edilməsi ehtimalı var. O sizi gələcəyə olan planlar haqqında düşünməyə vadar edəcək. Məqsədlərinizin yanlış qoyulmasını anlayacağınız mümkündür.
Əgər sizə mənəvi dəstək lazım olsa kişilərə müraciət edin. Qadınlar bu gün tənqidlərini əsirgəməyəcək. Adətən onların iradları konstruktivdir, amma çox da nəzakətli deyil.
Xərçəng
Qaçılması mümkün olmayan xırda çətinliklərə baxmayaraq gün yaxşı olacaq. Hansısa vacib məsələləri həll etmək və gələcəyə olan planları müəyyən etmək şansı olacaq. Həm də siz son vaxtlar çatışmayan əminlik əldə edəcəksiniz və həvəslə yeni işlərə başlayacaqsınız. Ən bacarıqlı Xərçənglər gəlirlərini artırmaq üçün gözlənilməz, amma çox effektiv yol tapacaqlar.
Xoş tanışlıqlar mümkündür. Siz insanlarla yaxşı yola gedirsiniz, çoxlarında rəğbət oyadırsınız. Amma ünsiyyətdə ehtiyatlı olmaq lazımdır, çünki bu gün sizə şübhəli şəxslər meyllidir.
Şir
Tələsməyin. Bu gün çox şeyə nail olmaq mümkündür, amma əlverişli məqamı gözləmək və yalnız bundan sonra hərəkət etmək lazımdır. Həmçinin ötəri şıltaqlıqlara uymamaq vacibdir. Cazibə və tamahınız çox ola bilər, amma siz onlara hakim olmaq üçün güc tapdığınıza təəssüflənməyəcəksiniz. Evdə anlaşılmazlıqlar, xırda məişət problemləri istisna deyil. Buna baxmayaraq onlar əhvalınızı korlamayacaq.
Böyük alış-verişi ancaq planlaşdırdığınız halda etmək olar. Kortəbii satınalma yəqin ki, sizi məyus edəcək.
Qız
Gün problemlər gətirə bilər, amma siz onların ciddi xarakter almasına imkan verməyəcəksiniz. Başqalarının sakitcə hadisələrin inkişafını gözləməyə üstün tutduqları məsələlərdə siz hərəkət etməyə başlayırsınız. Belə yanaşma effektiv olur: şərait sizin üçün daha xeyirli formada alınır. Qadınlarla ünsiyyət faydalı olacaq, onlar yaxşı məsləhətlər verə bilər və ya vacib xidmət göstərə bilər. Günün ikinci yarısı hədiyyələr vəd edir.
Gələcəyinizlə bağlı hansısa məsələləri həll etmək üçün uyğun vaxt yetişib. İndi siz nəyə nail olmaq istədiyinizi dəqiq anlayırsınız, intuisiya isə daha yaxşı hərəkət etməyi göstərir.
Tərəzi
Çətin anlar mümkündür, amma pozitiv meylliliyin təsiri üstünlük təşkil edəcək. Günün ən çətin problemi odur ki, siz hər şeyə bədbin baxırsınız, istənilən uğursuzluğu isə faciə hesab edirsiniz. Bu çox vaxt düzgün qərarlar qəbul etməyə və vaxtında vacib addımlar atmağa mane olur. Çox güman ki, sizə dəstək lazım olacaq. Onun üçün sizi yaxşı tanıyan insanlara müraciət etmək lazımdır.
Yeni işlər və layihələrə ehtiyatla başlamaq lazımdır. Sizdən nə qədər çox yatırım və xərc tələb olunursa, bir o qədər də diqqətli olmaq lazımdır. Pul, vaxt və gücünüzü boş yerə sərf etmək təhlükəsi var.
Əqrəb
Tələsməyin. Bu gün tələsik qərarlardan və düşünülməmiş əməllərdən təhlükəli heç nə yoxdur. Əgər siz yenə də dərhal hərəkət etməyi üstün tutacaqsınızsa, onda geri çəkilməyə özünüzə yol saxlamağa çalışın - onlar lazım olacaq. İstənilən əlaqədə ehtiyatlı olmaq lazım olacaq: indi siz ətrafdakıları öz maraqları üçün istifadə etməyi və başqalarının mehribanlığından sui-istifadə etməyi bacaran insanlar üçün daha cəlbedicisiniz.
Şəxsi münasibətlər asan olmaya bilər. İlk növbədə bu heç nəyə baxmayaraq öz bildiyiniz kimi etmək istəyən və bəzən ətrafdakıların maraqları barədə unudan gənc bürc nümayəndələrinə aiddir.
Oxatan
Gün nisbətən sakit olacaq. Siz ondan çox şey gözləməsəniz haqlı olacaqsınız. Müəyyən uğurlara nail olmaq mümkündür, hadisələri tələsməmək, həmçinin səylərinizin dərhal lazımi nəticə verməyəcəyinə hazır olmaq vacibdir. Ətrafdakılar bəzən sizin həyatınıza müdaxilə edir, istəmədən məsləhətlər verirlər. Əgər siz baş verənlərə yumorla reaksiya verməsəniz, onda bu münaqişələrə gətirib çıxara bilər.
Evdə səhman yaratmaq, müəyyən məişət məsələlərini həll etmək imkanı olacaq. Bəzi Oxatanlar sərfəli şərtlərlə mebel, texnika və digər faydalı əşyalar almağa nail olacaqlar.
Oğlaq
Bu gün hansı işlə məşğul olmağı planlaşdırmağınızdan asılı olmayaraq işlərinizdə fikrini toplamağın çətin olacağına hazır olun. Həm də gözlənilməz hadisələrin fikirləşdiyinizi vaxtında reallaşdırmağınıza mane olacağı ehtimalı var. Gücünüzü yaranmış şəraitlə mübarizəyə sərf etməkdənsə, onları öz maraqlarınız üçün istifadə etməyə çalışın. Bu məsələdə köhnə tanışların məsləhətləri kömək edəcək, problemləriniz onlara yaxşı məlumdur.
Maliyyə çətinlikləri istisna deyil. Onlar müvəqqəti xarakter daşıyacaq, amma yenə də sizi müəyyən planlaşdırılmış alış-verişi təxirə salmağa vadar edəcək. Ailədə fikir ayrılıqları mümkündür, qohumlara bəzən sizi anlamaq çətin olur.
Dolça
Fikir ayrılıqları daha tez-tez yaranır, hətta ən yaxın insanlarla belə yola getmək çətin olur. Siz boş şeylərə görə inciyirsiniz, ancaq sizin maraqlarınızın qayğısına qalan insanlardan küsürsünüz. Bir müddət sonra vəziyyətə kənardan baxaraq nədə haqlı olmadığınızı anlayacaqsınız və hər şeyi düzəltməyə cəhd edəcəksiniz. Tələsməməyə çalışın: bu gün tələskənlik zəhlətökən səhvlərə və maliyyə itkilərinə səbəb olur.
Günün ikinci yarısı birincidən daha sakit keçir və vacib məsələlərin müzakirəsi üçün daha uyğundur. Axşam tezliklə həyata keçirəcəyiniz maraqlı ideyalar yarana bilər.
Balıqlar
Günün əvvəli əlverişli və maraqlı olacaq. Bu istənilən faydalı məşğuliyyət üçün əla vaxtdır; siz həm özünüz, həm də ətrafdakılar üçün xeyli yaxşı iş görə biləcəksiniz. Uğurlu təsadüflər mümkündür, onların sayəsində siz vacib suallara cavab əldə edəcəksiniz. Sonra xoş sürprizlər və hədiyyələr mümkündür. Amma bəzi Balıqlarda bu vaxt əhval pisləşəcək: bu bürc nümayəndələri köhnə problemləri xatırlayacaq.
Sağlamlığın qayğısına qalın. İstənilən ifratdan yayınmaq yaxşı olardı, çünki onlar indi xüsusilə zərərlidir. Ciddi fiziki fəaliyyət də məsləhət deyil (xüsusilə axşam)./Ens.az/скачать dle 12.1

MARAQLI OLA BİLƏR