Heç vaxt devrilməyəcini düşünən 11 diktator və onların faciəli sonu

  • 861
  • /
  • 16-04-2018, 00:00


İnsan oğlunun içində yatan bir canavarın olduğuna inanıram və bunu oyandıranın hər zaman “güc” olduğuna əminəm. Tarix isə, “güc zəhərlənməsi” yaşayaraq insanlara qan qusduran diktatorlarla doludur. Hər birinin özünəməxsus heyakayəsi olsa da, kiçik bir araşdırma aparsaq onların taleyində mütləq bir ortaq nöqtə tapacağıq. Yavaş-yavaş yüksəlmə, hakimiyyəti ələ aldıqdan sonra müxaliflərin sıxışdırılması, sərvət içində üzərkən insanların hər şeydən məhrum edilməsi, uduzacağını bilincə meydanı qana bulama və s.
Bir çoxu da özünü ilahi bir şəxs və qüvvə hesab edib tarixdəki onlarla devrilən diktatora rəğmən əsla yenilməyəcəyi düşüncəsinə qapılıb. Çox vaxt da sonları düşünməyərək zülmlərinə zülm qatıblar.
Amma görürük ki, həmin diktatorların sonu faciəli olub və etdiyi zülmlərin bədəlini çox ağır şəkildə ödəyiblər.


 
Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri Adolf Hitler Almaniyada hakimiyyətinin ilk illərində müxalifləri vəhşicəsinə qətlə yetirdi. Geri qalanlarını da həbsxada divarları arxasında çürütdü. Daha sonra 6 milyon yəhudinin qətlə yetirdiyi “Yəhudi Soyqırımı”nın və on milyonlara insanın həyatını itirdiyi İkinci Dünya Müharibəsinin fitilini alışdırdı. Tarixin ən qanlı diktatorlarından biri idi. İkinci Dünya Müharibəsini uduzduğu dəqiqləşəndən və Sovet Ordusunun Berlinə girməsindən sonra yeni evləndiyi Eva Braun ilə birlikdə intihar etdi. Həyat yoldaşı E.Braun siyanur kapsulu qəbul edərək intihar etmişdi. Hitler isə, əvvəlcə siyanur kapsulu qəbul elədi, daha sonra isə, öz silahı ilə başına atəş açaraq intihar etdi.


Keçək Avropanın ilk faşist lideri olan Benito Mussoliniyə. İtaliyada hakimiyyətə gəldiyi 1922-ci ildən sonra terror əsdirməyə başladı. Faşist partiyadan başqa bütün partiyaları bağlayaraq, qəzetlərdə senzura tətbiq edib, həmkarlar ittifaqlarını qeyri-qanuni elan edərək bir çox faşist qanunlar çıxararaq xalqı bezdirdi. Adolf Hitlerlə müttəfiq olan faşist diktator yürütdüyü daxili və xarici siyasətə görə, 400 min insanın ölümünə görə məsuliyyət daşıyırıdı. O, hər dəfəsində Roma İmperatorluğunun yenidən canlandığını iddia edirdi.
Və nəhayət sonu… Cəbhədəki və daxili siyasətdəki uğursuzluğu ilə başlayan çöküşünün ardından 1945-ci ilin aprelin 25-də kominist partizanlar tərəfindən tutuldu. Aprelin 28-də isə, məşuqəsi Klara Pettacci ilə birlikdə güllələnərək edam edildi.
Səhəri gün Mussolini, məşuqəsi və bir neçə tərəfdarının cəsədi Milanda Loreto Meydanındakı Esso yanacaq doldurma məntəqəsinin damından başıaşağı sallanırdı.


Növbədə 1965-ci ildə Rumunyada hakimiyyətə gələn Nikolae Çauşeskudur. Bu adam ölkəsində düşüncə və ifadə azadlığıa qarşı böyük bir savaş açmışdı. Özü sərvət içində üzüb lüks bir şəkildə yaşayarkən xalqı yeməyə çörək tapmırdı. Rumuniyada ara 1989-cü ildə sülh naminə təşkil olunan aksiyalar zamanı iştirakçıların gülləbaran edilməsi ilə qarışdı. Vəziyyət o həddə çatmışdı ki, ölkədəki xaosa ordu da qarışmışdı. Qaçmağa çalışan N.Çauşesku və həyat yoldaşı Elena Çavuşesku 1989-cu ilin dekabrın 25-də mühakimə olunaraq güllələndilər.


İraqın 5-ci prezidenti Səddam Hüseyn 1970-ci illərdən hakimiyyəti pillə-pillə ələ keçirməyə başladı. Hökuməti devirməyə çalışan şiələr və kürdlərə qarşı bir neçə dəfə sərt qərarlar verdi. 5 min nəfərin öldüyü “Hələbcə qətliamı”nda kimyəvi silahdan istifadə etdi. 2003-cü ildə ABŞ və Böyük Britaniya rəhbərliyindəki koalisiya qüvvələri İraqı işğal etdi. Hərəkatın başlamasından üç həftə sonra, 9 aprel 2003-cü il tarixində paytaxt Bağdadın koalisiya qüvvələrinin əlinə keçməsi ilə Səddam Hüseyn iqtidarına son verildi. Təxminən 8 ay sonra da gizləndiyi sığınağda tutulan Səddam Hüseyn məhkəmə qarşısına çıxarıldı. 5 Noyabr 2006-cı ildə edam cəzasına məhkum edildikdə o, 2 milyon insanın ölümündən təqsirkar idi. Nəhayət elə həmin ilin dekabrın 30-da Səddam Hüseyn asılaraq edəm edildi.


1969-cu ildə Liviyada hərbi çevrilişlə hakimiyyətə gələn Müammar Qəddafi 2011-ci ildə ölkədə başlayan daxili savaşlara qədər hakimiyyətdə oldu. Neftlə zəngin ölkəni idarə edən Qəddaafi hakimiyyətdə olduğu illərdə xalqını heç düşünmədi. Özündən başqa heç kimə iqtidar şansı tanımayan, alternativ fikrə hər zaman sərt reaksiya verən Qəddafi  müxaliflərin aksiyasını dağıtmaq üçün hər zaman güc tətbiq etdi. Son olaraq 2011-ci ildə Liviyada başlayan daxili savaşın nəticəsində hakimiyyətdən devrilən Qəddafi üsyançılar tərəfindən öldürüldü.


Hideki Tojo isə, tarixdə Yapon ordusunun Çində və Şərqi Asiyada törətdiyi qırğınlarla faşist bir diktator kimi yadda qaldı. Baş nazir olduğu vaxt 8 milyon insanın öldüyü qətlimanın səbəkarı idi. İkinci Dünya Müharibəsindən sonra qurulan Beynəlxalq  Hərbi Cəza Məhkəməsi barəsində həbs qərarı verdi. Evi mühasirəyə alınan H.Tojo özünü silahla ürəyindən vurmağa çalışsa da, xilas edildi. Daha sonra o, 1948-ci ilin dekabarın 23-də asılaraq edam edildi.


Pol Pot qurduğu və idarə etdiyi “Qızıl Kmerlər” adlı radikal komunist hərəkatı ilə başlatdığı gerilla savaşından sonra Kambocada hakimiyyəti ələ keçirdi. O, Kambocanı 1975-79-cu illər arasında idarə etdi. Şəhərədlərdə yaşayan milyonlarla insana zor tətbiq edərək kəndlərə sürgün etdi və onları ferma və düyü tarlalarında işlətməyə başladı. Təxminən 1.5 milyon insanın çəkic, balta və linglə öldürülməsi əmrini verdi. Hakimiyyətdə olduğu müddətdə 7 milyonluq Kamboca əhalisinin 3 milyon 300 minini qətlə yetirdi. 1979-cu ildə hakimiyyətdən devrildiyini görüb meşəlik bir ərazidə gizləndi və gerilla hərəkatına davam etdi. 1997-ci ildə paytaxtı yenidən ələ keçirməyə çalışdı amma, onun bu niyyəti heç cürə alınmadı. Daha sonra öz silahdaşları tərəfindən ömür boyu ev həbsinə məhkum edildi. 1998-ci ildə iddialara görə, infaktdan, “Qızıl Kmerler”ə görə isə, intihar edərək öldü.

Mobutu Sese Seko 32 il (1965-1997) Demokratik Konqo Cumhuriyyətinə prezidentlik edib. Hakimiyyəti illərində olduqca zəngin yeraltı sərvətlərə malik ölkəni müflisləşdirdi. Eyni zamanda dəmir yumruqla idarə etdiyi ölkədə fərqli fikrə hər zaman sərt reaksiya verdi. Özünü hər zaman ilahi bir qüvvə kimi göstərməyə çalışan M.S.Seko 1994-cü ildə baş verən “Ruanda soqyırımı” zamanı Hutuları dəstəklədiyi üçün Tutsilərin qəzəbinə səbə olmuş, 1996-cı ildə ölkənin qərbindəki Tutsiləri deportasiya etmək istəmişdi. Lakin müxalif qüvələrlə birləşən Tutsilər paytaxt Kinşasaya qədər irəliləməyi bacarmışdılar. Xərçəng xəstəsi olan Mobutu dirənə bilmədiyini anlayıb üsyançılara sülh təklif etmişdi. 1997-ci ilin mayında paytaxtı ələ keçirən müxaliflər 32 illik Mobutu iqtidarını devirdilər. Mobutu əvvəlcə Toqoya daha sonra Fasa sürgün edildi. 97-ci ilin sentyabr ayının 7-də sürgündə xərçəngən öldü.

Alfredo Stroessner  1954-1989-cu illərdə Paraqvayda hakimiyətdə olan hərbi dikator idi. Latın Amerikasında 20-ci əsrin ən uzun davam edən diktatorluğunu qurmuşdu. 1954-cü ilin mayın 4-də Federiko Çavezi devirən A.Stroessner daha sonra ancaq özünün namizəd olduğu seçki ilə hakimiyətə gəldi. Yoxsul kəndlilərin üsyanını amansızcasına yatıran A.Stroessner hər zaman varlı iş adamlarını müdafiə etdi. 6 il dalbadal prezident seçilməsi üçün ölkə konsitutsiyasını 1967 və 1977-ci ildə iki dəfə dəyişdirdi. Müxaliflərə qarşı sərt qərarlar verdi. 1983 və 1988-ci ildə iki dəfə prezident seçilən A.Stroessner 1989-cu ilin fevral hərbi çevrilişi ilə hakimiyyətdən devrildi. Daha sonra o, 17 il sürgündə yaşadığı Braziliyaya qaçdı. Ölümündən əvvəl ölkəsinə qayıtmaq istədi amma, hökumət buna icazə vermədi. Və nəhayət 2006-ci ilin 16 avqustunda sürgündə öldü.

Daha bir ölkəsinə qayıtmaq üçün yalvaran lakin, sürgündə ölən diktator İdi Amindir. 1971-79-cu illərdə Uqandanın prezidenti olan İ.Amin hakimiyyəti illərində  500 mindən çox insanın qətlə yetirilməsi göstərişini vermişdi. 1978-ci ilin oktyabr ayında Uqanda Milli Qurtuluş Ordusu hakimiyyəti ələ keçirmək üçün hücunlarını artırdı. Paytaxta çatan gerillaları görən İ.Amin ölkədən qaçdı. Həyatının geri qalan illərində Uqandaya dönmək istəyən İ.Amin prezident Yover Musaveyə yalvardı. Ancaq onun ölkəsinə qayıtmasına icazə verilmədi. Amin 16 avqust 2003-cü ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində xəstəxanada öldü və orada dəfn edildi.


Və ən nəhayət  Slobodan Miloşevic… Keçmiş Yuqoslaviya və Serbiyanın prezidenti olan Miloşeviç “Balkan qəssabı” ləqəbi ilə tanınırdı. O, Bosniyada həyata keçirdiyi qətliamda 250 min insanın ölümünə səbəb oldu. Yenilməz olduğunu düşünən Miloşeviç tez-tez “Məni məhv edə biləməzlər” deyirmiş. 2000-ci ildə baş tutan seçkidə uduzan Miloşeviç ikinci zərbəni xalq üsyanları ilə aldı. İqtidarı əldən verən Miloşeviç əvvəlcə Belqraddakı həbsxanaya göndərəildi. Daha sonra o, Hollandiyanın Lahey şəhərindəki hərbi tribunala çıxarıldı. 2006-ci ilin 11 martında hərbi cinayətlərdən mühakimiə edildiyi Laheydə öldü. /Siam.az/скачать dle 12.1

MARAQLI OLA BİLƏR