Firdovsi Umudova qarşı "qarayaxma kampaniyasi"nın növbəti fiaskosu

  • 9
  • /
  • 29-09-2018, 14:07


Bir müddət öncə Elçin Mürşüdov adlı şəxs Azərbaycanın Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudovu rüşvət almaqda ittiham etmişdi.

Meridian.az BiG.AZ-a istinadən xəbər verir ki, vaxtı ilə güləşçi olduğunu iddia edən şəxs Rusiyada MMA (qarışıq döyüş növləri) ilə məşğul olduğunu, Azərbaycanın MMA üzrə milllisinə qatılmaq üçün F.Umudovun ondan 4500 manat pul istədiyi fikrini irəli sürmüşdü.

Çox keçmədi ki, E.Mürşüdov adlı şəxs özü bu barədə video çəkib yayaraq Firdovsi Umudovdan üzr istədiyini, başqalarının toruna düşərək bu cür danışdığını açıqlayıb:

“Firdovsi Umudovla bir başa görüşməmişəm, o məndən heç bir məbləğ, pul tələb etməyib. Mən Firdovsi Umudovun adından istifadə edən şəxslərin toruna düşmüşəm.
Bu vidoenu çəkməkdə məqsədim Firdovsi Umudovdan və bütün idmançılaradan üzr istəməkdir. Bəzi insanların toruna düşmüşdüm və buna görə çox peşmanam”.

Ölkəsindəki xidməti, qazandığı uğurları ilə ölkə başçısı tərəfindən “Şöhrət” ordeni (2012), “Tərəqqi” medalı (2016) və Azərbaycan Respublikası prezidentinin Fəxri Diplomu (2015) ilə təltif olunmuş baş məşqçini növbəti hədəfə alanların arzuları puç olub.

Uğurları ilə ölkə başçısı, eləcə də idmansevərlər tərəfindən diqqət və maraq görən daim idman ustası, əməkdar məşqçi F.Umudov növbəti dəfə düşmən dəyirmanına su tökənləri fiaskoya uğradıb.

Həyatının çoxunu mübarizəyə və qələbələrə həsr etmiş AGF-nin vitse-prezidentinin vətəni üçün gördüyü işlər, bayraq, millət, himn və dövlət sevgisi çoxlarında qıcıq yaratsa da, o, öz əqidəsindən dönmür.

Hər zaman ölkəmiz haqqında “qarayaxma kampaniyası” aparanlara qarşı çıxan Umudov- “sosial şəbəkələrdəki “qarayaxma kampaniyası”, təzyiq cəhdləri Azərbaycan xalqını öz yolundan döndərmək iqtidarında deyil. Azərbaycan xalqı, eləcə də bütün idmançılar İlham Əliyevin ətrafında möhkəm dayanıb. Biz hər birimiz dövlətin imicinə xələl gətirən hər hansı kampaniyaya qarşı dayanmışıq”- fikirləri ilə də bir vətənpərvər kimi diqqət çəkmişdi.
Firdovsi Umudov hər zaman ali baş komandan İlham Əliyevin döyüş əmrini yerinə yetirməyə hazırıq fikirlərini dilə gətirib.
Tək Azərbaycanda yox, dünyada “ilin məşqçisi” (2012) seçilmiş Umudova atılan şər növbəti dəfə uğursuz alınıb.

скачать dle 12.1

MARAQLI OLA BİLƏR