GƏNCLƏRİN LİDERİ !!!

  • 87
  • /
  • 17-10-2018, 13:58


Gənclik-elm, təhsil, güc, novatorluq, təşəbbüskarlığa can atmaq, ən başlıcası isə istənilən dövlətin və cəmiyyətin gələcəyi deməkdir. Əminliklə deyə bilərəm ki, yuxarıda sadalanan bütün parametrlərə cavab verən müasir Azərbaycan gəncləri ictimai-siyasi problemlərə sağlam düşüncə tərzi ilə yanaşmasına görə başqa ölkələrin gənclərindən köklü surətdə fərqlənir. Bu, təsadüfi deyildir. Çünki müasir gənclər siyasətinin formalaşmasının təməlində Ulu Öndər Heydər Əliyev kimi dünya miqyaslı dövlət xadimi dayanır. Onun təşəbbüsü ilə yaradılan Gənclər və İdman nazirliyi, ölkədə gənclər forumlarının keçirilməsi, gənclərin qlobal və regional layihələrdə iştirakı Ümummilli Liderimizin uzaqgörən siyasətinin nəticəsidir.

Bu gün biz Azərbaycan gəncləri tam əminliklə deyə bilərik ki, bütün uğur və nəaliyyətlərimizin mənbəyi Dahi Öndər Heydər Əliyevin alternativi olmayan siyasətidir ki, Cənab İlham Əliyev tərəfindən son 15 ildə qloballaşan dünyanın yeni reallıqlarına və çətinliklərinə baxmayaraq, müdrikliklə, məqsədyönlü şəkildə, proqmatik olaraq həyata keçirilir. Onun aforizmə çevrilmiş “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” ifadəsi Cənab İlham Əliyevin real və konkret işlərində öz təcəssümünü tapmışdır. Prezident İlham Əliyevin cəmiyyətin ən fəal təbəqələrindən biri kimi Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğısı fərəhləndirici haldır. Dövlət proqramlarının qəbulu və uğurla həyata keçirilməsi, gənclərin dövlət idarəçiliyində yeni, modernləşdirilmiş Azərbaycanın qurulmasında iştirak etməsinə cəlb olunmasına geniş imkanların yaradılması, ölkə gənclərinin beynəlxalq sferada respublikamızın bayrağını yüksəltməsi, region gəncləri ilə şəhər gəncləri arasında körpülərin qurulması, sıx əlaqənin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli, maraqlı və məzmunlu təşkil edilməsi, milli adət və ənənələrə bağlılıq ruhunun gücləndirilməsi, dünyəvi və bəşəri irsə yiyələnmələri üçün önəmli islahatların aparılması, dünya standartlarına uyğun layihələrin həyata keçirilməsi üçün hərtərəfli şəraitin yaradılması Prezidentimizin diqqət və qayğısının parlaq sübutudur.

Ölkəmizregionda yeganə dövlətdir ki, müharibə şəraitində yaşasa da  iqtisadi və sosial inkişafı iləbir çox dünya dövlətlərini üstələyir. Aparılan düzgün daxili siyasət nəticəsində təhsil ocaqlarının inşası, bərpası və yenidənqulması prosesi hər il ardıcıl olaraq davam etdirirlir. Ölkəmizdə yeniyetmələrin, gənclərin sağlamlığı üçün ən müasir avadanlıqlarla  təmin olunmuş müasir olimpiya kompleksləri istifadə verilir və beləliklə də, yeni nəslin idmana olan marağı daha da artmiş olur.

Gənclərin Azərbaycandan kənarda təhsil almalarını təmin edən Dövlət Proqramının həyata keçirilməsi beynəlxalq səviyyədə  formalaşan Azərbaycan gəncliyinin dünya birliyinə inteqrasiyasının sürətlənməsini təmin edən başlıca amildir. Bu gün xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər bir neçə ildən sonra Azərbaycanın ictimai həyatında çalışaraq respublika iqtisadiyyatının qüdrətlənməsinə, nüfuzunun yüksəlməsinə öz layiqli töhfələrini verəcək, xalqımızın qürur mənbəyinə çevriləcəklər. Həmin  gənclər məskunlaşdıqları ölkələrdə Azərbaycanı təmsil edən diaspor təşkilatları kimi respublika həqiqətlərinin dünya xalqlarına çatdırılması istiqamətindəçalışırlar. Azərbaycan vətəndaşları arasında  çoxluq təşkil edən, inkişaf perspektivləri böyük olan biz gənclər bizlərə göstərilən belə yüksək diqqət və qayğı üçün Prezident İlham Əliyevə minnətdarlığımızıtəhsildə, ictimai həyatda göstərdiyimiz fəallıqla bildirir, möhtərəm Prezidentimizin  daxili və xarici siyasətini birlik və həmrəylik ilə dəstəkləyirik.

Bir sözlə, Cənab İlham Əliyev – bizim Prezidentimiz gənclərin fəxridir və biz gənclər hər zaman Prezidentimizə arxalanaraq, müstəqil Azərbaycanın və xalqımızın rifahı naminə möhtəşəm işlərin həyata keçirilməsində İlham Əliyev cənablarına hər zaman dəstəyik.

Murad Cənnətovскачать dle 12.1

MARAQLI OLA BİLƏR