Bu gün mərhum jurnalistin doğum günüdür

  • 54
  • /
  • 17-11-2018, 11:59



Bu gün Azərbaycanın mərhum jurnalisti Zabil Müqabiloğlunun doğum günüdür.

Qısa amma şərəfli ömür yaşayan Zabil əvəzsiz qələm sahibi idi. 19 il Jurnalistika sahəsində çalışıb

Zabil Müqabiloğlu 1977-ci ildə Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakultəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildə jurnalist kimi əmək fəaliyyətinə başlayıb "525-ci qəzet", "Avropa" və "Tərcüman" qəzetlərində işləyib. "Yeni Musavat"da redaktor vəzifəsində çalışıb. Günxeber.com saytının təsisçisi və baş redaktoru olub. 2017-ci ilin 26 fevral tarixində qaraciyər xəstəliyindən dünyasını dəyişib

Bu ilin iyun ayında Zabil Müqabiloğlunun "son zəng" kitabı işıq üzü görüb. Şahbaz Xuduoğlunun rəhbərliyi ilə "Qanun" nəşriyyat evi tərəfindən çapdan çıxan kitabın bu yaxınlarda təqdimat mərasimi olacaq.




скачать dle 12.1

MARAQLI OLA BİLƏR