Bürclər- 21 mart

  • 459
  • /
  • 20-03-2018, 23:32


Qoç
İşlərinizdə fikrinizi cəmləşdirmək çətin olacaq. Başladığınız işi bitirmək həmişə alınmır, bu sizi əsəbləşdirir və özünüzdən çıxarır. Həmkarlar və rəhbərlik sizi bu gün təndiq edə bilər. Buna sakit reaksiya verməyə çalışın. Vəziyyəti yumşaltmaq və sizin çox şeyə qadir olduğunuzu göstərmək sizin əlinizdədir. Nə ilə məşğul olmağınızdan asılı olmayaraq yadda saxlayın ki, xırda detallara diqqət yetirmək, nəzərdən heç nəyi qaçırmamaq vacibdir.
Əlaqələrinizdə seçim vacibdir. Sizin simpatiyanızı nəyin bahasına olursa qazanmağa çalışan və komplimentlər yağdıran insanlara inanmayın.
Buğa
Uğur qazanmaq mümkündür, ancaq buna nail olmaq hər zaman asan olmayacaq. Arzuladığınıza nail olmaq üçün risk edəcəyiniz istisna deyil. Öz gücünüzə arxalanmaq daha doğru olar. Ola bilsin yardım alacaqsınız, lakin bu istədiyinizdən daha sonra baş verəcək. Səfər planlaşdırarkən nəzərə alın ki, onlar çox vaxt tələb edə bilər və digər planların reallaşdırılmasına mane ola bilər.
Şəxsi münasibətlərə aid vacib qərarları qəbul etmək məsləhət deyil. İş burasındadır ki, bu gün həm şəxsi, həm də yad hissləri anlamaq çətin olacaq.
Əkizlər
Çox şeyə nail olmaq şansı olacaq. Siz çətinliklərlə qarşılaşarkən geriyə çəkilmirsiniz, problem yarandıqda fikirləşdiyinizdən imtina etmirsiniz. Dostlar və sadəcə yaxşı tanışlar tez-tez kömək edir. Sizin ideyalarınız nüfuzlu insanların xoşuna gələ bilər, nəticədə heç gözləmədiyiniz dəstək alacaqsınız. Yaxın insanlarla vacib məsələlər haqqında danışmaq olar: hər kəsi qane edəcək qərarları vermək mümkün olacaq.
Maliyyə məsələlərinin həlli üçün uyğun gündür. Hətta əvvəllər kommersiya fəaliyyətindən uzaq olan Əkizlər belə indi sərfəli sazişlər bağlaya bilərlər.
Xərçəng
Gün təzadlı və narahatdır. İş gözlədiyinizdən çox olacaq və siz işlərinizi bitirə bilməyəcəksiniz. Kömək etməyə söz verən insanlar sizi problemlərlə tək qoya bilər. Siz onları günahlandırmayacaqsınız, çünki özünüz də başa düşəcəksiniz ki, başqa çıxış yolu yox idi. Maliyyə məsələlərində çox ehtiyatlı olun. Burada tələsik qərarlar çox ciddi itkilərə səbəb ola bilər.
Dostlarla ünsiyyət xoş və xeyirli olacaq. İdeyalarla bölüşmək, ümumi planları müzakirə etmək olar. Tənqidi sakit qəbul etməyə çalışın: ola bilsin onda az da olsa həqiqət var.
Şir
Hər şey asan olmur, lakin siz çalışırsınız və düz edirsiniz. Çətin iş məsələlərini həll etmək, konfliktləri nizamlamaq, sizin irəliyə getməyinizə mane olan məsələlərdən yaxa qurtarmaq imkanı olacaq. İntuisiyanıza qulaq asın. Əgər siz onun göstərişlərinə əməl etsəniz boş söhbətlərə vaxt itirməli, boş şeylərə görə əsəbləşməli olmayacaqsınız. Gözlənilməz pul mədaxili mümkündür.
Bu gün siz çox iş görməlisiniz, buna görə də hər dəqiqə dəyərli olacaq. Lakin istirahət haqqında unutmaq olmaz. Xüsusilə bu günün ortalarında vacibdir: bir az fasilə edin və siz özünüzü daha yaxşı hiss edəcəksiniz.
Qız
Çox məhsuldar gün olmasa da çox xoş gündür. Siz insanlarla yaxşı yola gedirsiniz, çoxları ilə asanlıqla ümumi dil tapırsınız. Yeni müttəfiqlər, köməkçilər və həmfikirlər yarana bilər. Uzun müddətli əməkdaşlıq barədə razılaşmaq şansı olacaq, lakin onun şərtlərinə sonradan yenidən baxılacağına hazır olun. Uğurlu, çox vaxt təsadüfi alış-verişlər, həmçinin hədiyyə və pul mədaxili istisna deyil.
İşləri bitirmək çətin olacaq, siz tez-tez işdən yayınırsınız və tez yorulursunuz. Köhnə səhvləri düzəltmək, işləri səhmana salmaq imkanı olacaq.
Tərəzi
Konflikt və mübahisələr daha çox yaranır. Siz ətrafdakıların fikirləri ilə maraqlanmağa meylli deyilsiniz, bu ciddi problemlərə gətirib çıxara bilər. Sizin üçün dəyərli olanları incitməməyə çalışın: yaxşı münasibətləri, qarşılıqlı anlayışı və hörməti saxlamaq vacibdir. Xüsusilə pulla bağlı (söhbət böyük məbləğlərdən gedir) öhdəliklərə özünüzü bağlamaq və söz vermək məsləhət deyil.
Maliyyə məsələlərində ehtiyatlı olmaq laızmdır. Alış-veriş etməyə, sazişlər bağlamağa tələsməyin, hər şeyi fikirləşmək və götür-qoy etmək üçün özünüzə vaxt verin. Köhnə tanışlar yaxşı məsləhətlər verəcək.
Əqrəb
Səhər narahat olmalı olacaqsınız. Çox şey istədiyiniz kimi olmaya bilər və yeni şəraiti öz maraqlarınızda istifadə etmək üçün planları qısa zamanda düzəltməli olacaqsınız. Həmkarlarla fikir ayrılığı, rəhbərliklə mübahisələr mümkündür. Sizə öz fikriniz üzərində dayanmaq çətin olacaq. Daha sonra vəziyyət daha yaxşı olacaq, siz özünüzü daha əmin hiss edəcəksiniz, gələcəyə böyük optimizmlə baxacaqsınız.
Pul mədaxili mümkündür. Maliyyə vəziyyəti ümumilikdə yaxşıdır, yeni gəlir mənbəyi tampaq şansı olacaq. Axşam xoş xəbərlərlə sevindirəcək.
Oxatan
Uğurlu məhsuldar gündür, siz həm özünüz, həm də ətrafdakılar üçün çoxlu xeyirli iş görə biləcəksiniz. Təşəbbüs göstərmək olar: sizin ideyalarınızı hər kəs bəyənəcək. Siz həmfikirlərinizi həvəsləndirə biləcəksiniz. Gün hadisələrin gedişatı və ya həyat tərzində dəyişiklik etmək üçün uyğundur. Yeni təəssüratlar çox xoş olacaq, sizə tezliklə lazım olacaq biliklərə yiyələnmək imkanı olacaq.
Sağlamlığınızla bağlı diqqətli olmaq lazımdır: anlaşılmazlıqlar istisna deyil. Xüsusilə günün ikinci yarısında yüklənmələrdən qaçmaq lazımdır.
Oğlaq
Sakit xoş gündür. Siz cari işlərin öhdəsindən qısa zamanda gələcəksiniz, onlar yorucu və darıxdırıcı görünməyəcək. Sizə çoxdan maraqlı olan insanlarla ünsiyyətdə olmaq imkanı olacaq. Onların simpatiyasınız qazanacağınız və dost və ya romantik münasibətlərin başlanacağı istisna deyil. Həllində köhnə tanışlarınızın kömək edəcəyi məsələlər yarana bilər.
Gün ev işləri üçün uyğundur. Təmiri başlamaq və ya planlaşdırmaq, mebel və məişət texnikası almaq olar. Axşam gözlənilməz xoş ziyarətlər mümkündür.
Dolça
Gərgin gündür. Çox şey daha çətindir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün israr lazımdır. Maneələrdən qaçmayın, problem yaranarsa geri çəkilməyin. Siz istədiyinizə nail ola biləcəksiniz, amma bu dərhal olmaya bilər. Kömək üçün yaxşı tanıdığınız insanlara müraciət etməyə dəyər. Sizin inamınız və simpatiyanızı qazanmağa çalışan yeni tanışlarla isə ehtiyatlı olmaq lazımdır.
Yaxşı əhvalı saxlamaq asan olmayacaq. Siz boş şeylərə görə daha çox kədərlənirsiniz, ətrafdakılardan küsürsünüz, tənqidi fikirləri ürəyinizə salırsınız.
Balıqlar
Sizin böyük uğurlar qazanmaq şansınız olacaq. Bunun üçün israr və öz gücündə əminlik, ətrafdakıların razılığını gözləmədən öz bildiyiniz kimi hərəkət etməyə hazır olmaq tələb olunur. Yeni müttəfiqlər tapmaq üçün çalışmaz lazım olacaq: nə və nə üçün etdiyinizi, qarşınızda hansı məqsədləri qoyduğunuzu insanlarla izah etmək lazım olacaq. Tənqidə sakit yanaşmağa çalışın, acı iradlara görə inciməyin.
Maliyyə məsələlərinin həlli üçün əlverişli gündür. Pull bağlı məsələlərdə istuisiyanız sizi aldatmır və hətta ən cəsur qərarlar düzdür. Uğurlu təsadüflər, xoş sürprizlər mümkündür. 
скачать dle 12.1

MARAQLI OLA BİLƏR