2 NƏFƏRİ ÖLDÜRƏN NƏVƏ AZADLIĞA BURAXILIR? – 6 illik cəzadan da narazı qalıb

  • 327
  • /
  • 31-03-2018, 21:04


Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev növbəti dəfə məhkəmə önünə çıxarılıb.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən N.Allahverdiyev apellyasiya şikayəti verib.İşə aprelin 17-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.Xatırladaq ki, Əli Həsənovun nəvəsi Heydər Əliyev prospektində “Mercedes Galendawagen” markalı maşını ilə törətdiyi qəza ilə iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olmuşdu. Hadisə avqustun 3-də baş versə də qəza zamanı xəsarət alan piyadaların (hər ikisi Türkiyə vətəndaşıdır) vəziyyəti hələ də ağır olaraq alır. Onlar müalicə üçün Türkiyəyə yola salınıb.

Qəzanın baş vermə səbəbi isə Əli Həsənovun nəvəsinin idarə etdiyi maşının başqa bir avtomobillə ötüşməsi olub.
Hadisədən 4 gün sonra Nail Allahverdiyevin həbs edilməsi ilə bağlı yayılan rəsmi məlumatda göstərildi ki, Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddəsi ilə başlanılmış cinayət işi üzrə 1994-cü il təvəllüdlü Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına, Kürdəxanıya köçürülüb.

Qəza zamanı orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov isə məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs cəzası alıb. Cəzasını çəkdikdən sonra azadlığa çıxıb.

Əlavə edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi N.Allahverdiyev barəsində hökm çıxararkən ona Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verib.

Onu da qeyd edək ki, qəzadan sonra Əli Həsənovun 24 yaşlı nəvəsinin milyonluq maşın kolleksiyasının olduğu ortaya çıxıb. Deputat Hadı Rəcəbli nahaq yerə demir ki, məmurlar zirək adamlardır və onların bu keyfiyyəti övladlarında da keçib.скачать dle 12.1

MARAQLI OLA BİLƏR