Göyçayda baş verən sel fəlakəti ilə bağlı rəsmi açıqlama - Fotolar

  • 71
  • /
  • 3-06-2018, 13:57


Ötən gün axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən, yanaşma yolları ilə bərabər 74 metr uzunluğa malik avtomobil körpüsünün sol yanaşma yolunun bir hissəsi uçurub.

“Qafqazinfo” xəbər verir ki, sutəmizləyici qurğunu yuyulması nəticəsində sel suları yanaşma yolunun torpaq yatağına daxil olub.
Həmçinin, yolun torpaq yatağı yuyulub və körpüyə yanaşma yolunda uçqun baş verib. Uçmuş yol hissəsinin uzunluğu təqribən 6-7 metr təşkil edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, körpünün özünə və dayaqlarına heç bir ziyan dəyməyib. Hadisədən dərhal sonra əraziyə Agentliyin əməkdaşları cəlb edilib. Körpü ilə hərəkət tam dayandırılaraq alternativ yollara yönəldilib.
Qurumdan bildirilib ki, sel sularının axını zəifləyən kimi çay üzərindən alternativ yolun açılması və körpünün yanaşma yolunun bərpası istiqamətində addımlar atılacaq.



скачать dle 12.1

MARAQLI OLA BİLƏR