Maştağada qan töküldü: - “Uşaqların yanında məni təhqir edib”

  • 7
  • /
  • 9-10-2018, 13:54


Sabunçu rayonu, Maştağa qəsəbəsində bıçaqlanma faktı qeydə alınıb.
Meridian.az-ın “Ölkə.Az”a istinadən məlumatına görə, 1986-cı il təvəllüdlü Elsevər Hüseynov həmyerlisi, 1996-cı il təvəllüdlü Bəhram Abdullayev tərəfindən bıçaqlanıb. Yaralı təcili olaraq 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Cərrahiyə əməliyyatı olunan E.Hüseynovun vəziyyəti həkimlər tərəfindən orta-ağır kimi qiymətləndirilir.
Hadisəni törədən şəxsə gəldikdə isə, o, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaq şöbəsinə təhvil verilib. Saxlanılan şəxs ilkin dinidrmələr zamanı törətdiyi cinayəti etiraf edərək bildirib ki, E.Hüseynov onu məhlənin cavanları yanında təhqir edib.

Faktla əlaqədar Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.скачать dle 12.1

MARAQLI OLA BİLƏR