"Azenerji" şefi dövlətin malını belə dağıdıb - FAKTLAR

  • 25
  • /
  • 5-07-2018, 20:08


Meridian.az Gundeminfo.az-a istinadən xəbər verir ki, iyulun 3-də Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verdi. Partlayış nəticəsində Azərbaycan ərazisində elektrik verilməsi dayandırıldı. Bundan sonra isə əraziyə yüksək çinli dövlət məmurları yollsandılar. Təxminən səhər saatlarında elektrik enerjisinin verilməsi qismən bərpa olundu. Lakin ikinci dəfə günorta saatlarında ikinci dəfə partlayış oldu. Ölkənin hər yeri zülmətə qərq oldu. Nəqliyyat, neft, kommunal təsərrüfat sistemi çökdü. Dövlətə dəyəri milyonlarla ölçülən ziyan dəydi. Baş verənlərdən sonra prezidentin göstərişi ilə Dövlət Komissiyası yaradıldı. Komissiya Mingəçevirdə baş verən partlayışların səbəblərini araşdırdı. Və nəhayət dünən iyulun 4-də prezident komissiya üzvləri lə müşavirə keçirərək ilkin məruzələri dinlədi. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovçıxışında bildirdi ki, Mingəçevir İES-də soyutma qurğuları işləməyib, ərazi quru otlardan təmizlənməyib, yağ nasosları normal qaydada işləməyib. Və sadaladığı iradlarla bağlı dəfələrlə Azenerji ASC-yə məktubla müraciət etdiklərini, lakin heç bir nəticəsinin olmadığını bildirdi.

Dövlət Başçısı da Azenerji ASC-nin prezidenti Etibar Pirverdiyevin çıxışını yarımçıq kəsərək baş verənlərin səbəbini soruşdu. Lakin Pirverdiyev başını aşağı salaraq susdu. Hazırda həm hüquq-mühafizə orqanları, həm də müvafiq komissyanın tərkibindəki dövlət qurumları baş verən olaylarla bağlı, kriminal və iqtisadi araşdırmalar aparır. Auditin həyata keçirilməsi, Azenerejin fəaliyyətinin yoxlanması ilə bağlı göstərişlər verilib.

Məlumatlara əsasən Azenerji-də bu günə qədər milyonlarla büdcə vəsaiti talan edilib. Həm də Etibar Pirverdiyevin ən yaxın ailə üzvləri tərəfindən. Əvvəlcə Dövlət Bayraq Meydanının tikintisində "Azərenerjitikinti" MMC vasitəsilə, daha sonra isə "Azenco" vasitəsilə büdcə vəsaitləri talan edilib. Etibar Pirverdiyev ölkənin enerji sektoruna büdcədən ayrılan vəsaitlər hesabına aldığı bütün növ malları, təzhizat vasitələrini ya podratçı elektrik təxhizatı həyata keçirən şirkətlərə, ya da ailə üzvlərinə məxsus böyük dükanlar şəbəkəsi vasitəsilə qara bazarda satışa çıxarıb.

Pirverdiyev ailə üzvləri adına dəyəri milyonlarla manat həcmində olan mülklər da alıb. Elə aldığı bu mülklərdən biri ilə bağlı məhkəmə çəkişmələri də ortaya çıxıb. Gundeminfo.az-ın apardığı araşdırmaları təqdim edirik.

Pirverdiyevin həyat yoldaşının adına olan 2,4 milyon manatlıq mülk davası

Məlumata görə, Elbrus Məmmədova məxsus Bakı şəhəri, Nərimanov rayonu, Rəhim Məmmədov küçəsində yerləşən dörd mərtəbəli mülk 2011-ci ildə ASC sədrinə satılıb. Alqı-satqı müqaviləsinə əsasən, satan tərəf E.Məmmədov, alan tərəf isə "Azərenerji" ASC sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub.

E.Məmmədovun hüquqi nümayəndəsi Fəqan Ќəsibov deyir ki, müvəkkilinə məxsus olan mülk 2 milyon 300 min manata razılaşdırılıb, evin əşyaları üçün də əlavə 100 min manat ödəniləcəyi bildirilib. Mülk üçün ödəniş aparılıb. E.Məmmədov ona 2 milyon 300 min manatın verildiyini deyib. Evin əşyalarına görə isə, 100 min manatı ala bilmədiyini söyləyib.

Şikayətçi yazıb ki, alqı-satqı müqaviləsinə görə mülkiyyət real qiymətindən aşağı - 800 min manata göstərilib və səbəbini də "vergidən yayınma məqsədi" ilə izah edib. Şikayətçi tərəf pulun verilməməsində alqı-satqı məsələlərində iştirak etmiş "Azərenerji" sədrinin qaynı Hikməti də günahlandırıb.

Onu da qeyd edək ki, bu günədək Etibar Pirverdiyev və yaxın ətrafı bu məsələ ilə bağlı açıqlama verməyiblər. Bu isə qarşı tərəfin haqlı olduğu qənaətini yaradıb.

ASC sədrinin təkcə bir mülkə Azərbaycanda bir məmurun aldığı maaş və mükafatların məbləğindən aslı olaraq, 2,4 milyon manat pul xərcləməsi, çox böyük əks-səda doğurub: "Bu fakt artıq "Azərenerji" rəhbərinin korrupsiya ilə məşğul olmasını, ölkənin və sözügedən qurumun varidatını talamasının bariz nümunəsidir. Etibar Pirverdiyev və onun ailə üzvlərinin dəlillərlə isbatlanmış bu faktın qarşısında susqunluqları da məsələnin təkzibedilməzliyi ilə bağlıdır. Əks halda, Pirverdiyev və yaxın ətrafı çoxdan bunu təkzib edərdilər. Amma "Azərenerji"nin mətbuat xidmətinin rəhbəri "Bu, Etibar Pirverdiyevin şəxsi işidir",- deməklə, qayını Hikmət isə danışmaqdan imtina etməklə, istiqaməti birbaşa Etibar Pirverdiyevə yönəltdilər. Yəni bununla təkzib üçün yetərli arqumentlərinin ol-madığını təsdiqlədilər".

Məlumatda bildirilir ki, bu və ya digər faktlar hakim dairələrdə Etibar Pirverdiyevə qəzəb yaradıb: "Bu qəzəb, hətta Pirverdiyevin karyerasını da təhlükə qarşısında qoyub. Mümkündür ki, yaxın vaxtlarda hökumət daxilində gözlənilən kadr islahatlarında Etibar Pirverdiyevin adı ön sırada olsun".

Etibar Pirverdiyevlə Marlen Əsgərovun qohumlarının maliyyə fırıldağı...

Gundeminfo.az-a danışan mənbə bildirir ki, Pirverdiyevin yaxın ətrafının da vəziyyəti ürəkaçan deyil. Məlumata görə, elə tək-cə bir neçə il əvvəl Dövlət Bayrağı Meydanının tikintisi zamanı E.Pirverdiyevin yaxın qohumlarının yol verdikləri özbaşınalıqlar və maliyyə mənimsəmələri araşdırılsa, bu, xeyli şəxsin həbsinə səbəb ola bilər: "Bayraq meydanının tikintisində işi faktiki icra edən əvvəlcə "Azərenerji"nin tabeliyindəki "Azərenerjitikinti" MMC olub. Tikintiyə başladıqdan 5-6 ay sonra isə Pirverdiyev "qeyri-adi ənənəvi iş metodu"na söykənərək, sözügedən MMC-ni ləğv edib, onun bazasında "Azenco" ASC-ni yaratdı. Bundan sonra ti-kinti işləri ASC-nin sərəncamına verildi. Həmin vaxt bu dəyişikliyin səbəbini ondan soruşan olmadı. Hal-buki, o, bununla "Azərenerjitikinti" MMC-də məsul şəxs olan bacısının həyat yoldaşı Ramiz Güləliyev, həmçinin, təchizatın rəisi olan tələbə yoldaşı Əbülfət Kamilovun (hal-hazırda "Azenco"da idarə rəisidir) dövlət vəsaitlərini mənimsəməyən çoxsaylı fırıldaqlarını bu yolla ört-basdır elədi. Belə ki, Ramiz Güləliyevlə Əbülfət Kamilov tikintiyə keyfiyyətsiz mal-materiallar verməklə, ən hündür bayraq dirəyində dəfələrlə qəzalı vəziyyətin yaranmasına səbəb olublar. Əgər müvafiq sənədlər araşdırılsa, bəlli olar ki, ti-kintidə işlədilən betonlarda istifadə olunan sementlər yüksək marka ilə göstərilib. Ancaq laborator mü-ayinə aparıldıqda, həmin sement markalarının aşağı olduğu təsdiqlənəcək. Tikintidən anlayışı olanlar isə bilir ki, təkcə bu yolla layihəyə sərf olunan vəsaitin ən azı 30 faizini mənimsəmək mümkündür. Bu isə çox böyük vəsait deməkdir".

Aldığımız məlumatda bildirilir ki, Pirverdiyevin müavini Marlen Əsgərovun kürəkəni, "Azenco"da idarə rəisi işləmiş Kamil Mirzəyevin Dövlət Bayrağı Meydanındakı tikintidə hansı işlə məşğul olması araşdırılsa, şok effekti yaradar: "Bu adam vəzifə öhdəliyini unudub, meydandakı qazıntı zamanı çıxan dəmir, mis və s. kimi metalları topladıb, satmaqla da məşğul idi. Hansı ki vaxtilə "Sumqayıt TS-2"nin söküntüsündə də eyni işləri görüb. Pirverdiyev isə bu və digər belə əməllərə qarşı tədbir görmək əvəzinə, həmişəki kimi "struktur islahatları"na əl atdı. Ќecə ki, "Azərenerjitikinti" MMC-ni ləğv edib, bazasında "Azenco"nu ya-rartmaqla, tikintinin ilk 6-7 ayındakı mənimsəmələri bu yolla "itirmişdi". Bəli, bu gün də hakim dairələr bilir ki, Etibar Pirverdiyev "Azərenerji"yə yığılan pulları "Azenco" ASC vasitəsi ilə "realiz"ə etdirir. Yəni milyonlarla manatdan bəhs edilən həmin vəsaitləri daha çox bu ASC-nin vasitəsi ilə "Azərenerji"nin he-sabından çıxarıb, mənimsəyirlər".

Saxta tenderlər və Çinlə əlaqə

Mənbəmiz, Etibar Pirverdiyevin digər bir oyunundan da söz açıb. Bildirib ki, E.Pirverdiyev tender keçirmədən, yalnız müqavilə ilə "Azərenerji"nin bütün layihələrini "Azenco"ya verir və bu məqsədlə də milyonlarla manatı ASC-nin hesabına köçürür: "Maraqlı məqamlardan biri də budur ki, həmin ASC də təmir-tikinti, həmçinin, enerji layihələrində istifadə olunan bütün mal-materiallar, həmçinin sayğaclar, Eti-bar Pirverdiyevin nəzarətində olan özəl firmalardan alınır. Həmin firmalar haqda sizə növbəti saylarınız-da ətraflı məlumat verərəm. Sadəcə, mövzudan yayınmamaq üçün demək istəyirəm ki, həmin firmala-rın əsasən Çin Xalq Respublikası ilə əlaqələri var. Bəzi materialları, əsasən kabelləri isə yaxın aylara qədər Rusiyadan gətirirdilər. Lakin Sumqayıtda "Texnopark" istifadəyə verildikdən sonra, oranın istehsal etdiyi nisbətən keyfiyyətsiz kabelləri alırlar. Bununla yanaşı, sözügedən firmalar vasitəsi ilə "Azenco"ya satılan bütün mal-materiallar və aksessuarların qiyməti sənədlərdə dəfələrlə şişirdilir".

Tələbə yoldaşı vasitəsi ilə qazanılan böyük maliyyə

Çindən alınan məhsulların bir qismi, xüsusilə "Smartkart" tipli sayğaclar Pirverdiyevin tələbə yoldaşı və hazırda "Azenco"nun Aşağı Gərginlikli Elektrik Verilişi Xətlərinin Çəkilişi, Yarımstansiyaların Tikintisi və Sayğacların Quraşdırılması İdarəsinin rəisi Əbülfət Kamilov tərəfindən ölkəmizə gətirilir: "Bu faktı ona görə xatırlatdım ki, Pirverdiyev tələbə yoldaşları və qohumlarını təkcə iri maliyyə əməliyyatlarına nəzarət etmək üçün vəzifə başına gətirmir, həm də özəl biznesini çiçəkləndirmək üçün onlardan yararlanır. Təsəvvür edin ki, Çindən gətirilən sayğacların hər biri "Azenco"ya 350-400 manata "sırınır". Əgər bu gün Azərbaycanın, Bakı istisna olmaqla, bütün rayonlarının sayğaclaşdırma işinin Əbülfət Kamilovun rəhbərlik etdiyi idarənin sərəncamında olduğunu, həmçinin, 5-6 milyon abonentin sayğacla təmin olunduğunu nəzərə alsaq, ortada artıq milyonların deyil, milyardlarla vəsaitin dövr etdiyi məlum olar".

Pərvanə Pirverdiyeva digər biznes şəbəkəsində

İddia edilir ki, E.Pirverdiyevdən sonra "Azərenerji"də daha hökmlü şəxslər onun qayınlarıdır: "Elə Etibar Pirverdiyevin qayını Kərim Xammətovla Hikmətin hansı işlərlə məşğul olduqlarını araşdırsanız, bəlli olar ki, o qardaşlar Pirverdiyevin həyat yoldaşı Pərvanə Pirverdiyevanın adını da gündəmə gətirən əsas şəxslər olublar. Məsələn, adı mətbuatın gündəmindən düşməyən Hikmət illərdir Montində, keçmiş "Bayva"nın bazasına sahib olmaqla, oradan "Azərenerji"yə mal-materiallar satır. Təbii ki, Pirverdiyevə görə ona bu status verilib. O, bacısı Pərvanə Pirverdiyevanı da "Azərenerji" ilə bağlı biznes şəbəkəsinə daxil edib. İllərdir ki, "Azərenerji"nin tabeliyində olan bütün müəssisələrdə çalışan fəhlə və digər işçilə-rin pal-paltar və digər geyim əşyalarının Pərvanə Pirverdiyevanın adı ilə satırlar. Həmin pal-paltarın qara bazardan fərqli olaraq, müəssisələrə çox baha qiymətə satılması isə dövlətin büdcəsini talamaqdan baş-qa bir şey deyildir".

Vüqar Pirverdiyevi kimlər nüfuzdan salıb?

Etibar Pirverdiyevin qardaşı Vüqar Pirverdiyevin son illər enerji sahəsindəki nüfuzunu itirməsini də "Azərenerji" sədrinin qayınları və digər yaxın ətrafının "fəaliyyəti" ilə əlaqələndirirlər. Mənbəmiz deyib ki, Vüqar Pirverdiyev artıq bu sahədə əvvəlki hökmə sahib deyil: "Məncə, bu məsələdə yuxarıda qeyd etdiyim səbəblərlə yanaşı, Vüqar Pirverdiyevlə sonradan qohum olan Sabirabad Paylayıcı Elektrik Şəbəkəsinin keçmiş rəisi Namiq Orucov da (sonradan enerji sektorunda müxtəlif vəzifələrə təyinat alıb) az rol oynamadı. Bu və ya digər söz-söhbətlərdən sonra Etibar Pirverdiyev eyş-işrətə meylli olduğu iddia edi-lən qardaşı Vüqar Pirverdiyevə inamını itirdi və onun qeyri-rəsmi statusunu qayınları və bir neçə tələbə yoldaşı arasında böldü".

Həmçinin, Etibar Pirverdiyev və qayınlarının Bakı və ətraf kəndlər də daxil olmaqla, Şimal zonasında sahib olduqları daşınar və daşınmaz əmlaklar haqda cəmiyyətdə böyük əks-səda doğuracaq məlumatlar verib. Bununla bağlı araşdırmalarımız olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq.скачать dle 12.1

MARAQLI OLA BİLƏR