Bu vəsaiti podratçı şirkət ilə baş mühəndis Məhəmməd Mirzəliyev əlbir olaraq mənimsəyiblər-İDDİA

  • 43
  • /
  • 5-11-2018, 21:50

Zərdab rayon Çallı kənd sakini Məmmədov Mehman Məhəmməd oğlunun Meridian.az-a müraciəti daxil olub Müraciəti olduğu kimi dərc edirik.

"Asiya inkişaf Bankının" vəsaiti hesabına yaşadığım Zərdab rayon Çallı kəndində elektrik xətləri və transformatorlar dəyişdirilib. Amma işi görən podratçı şirkət işləri tələm-tələsik və keyfiyyətsiz görmüşdür. Beləki, quraşdırılan transformatorlar qurunt sularının yığıldığı yerlərdə quraşdırıldığı üçün  yağış yağanda həmin transformatorlar suyun içində olur ki, buda sakinlərin həyat və sağlamlıqları üçün ciddi təhlükə törədir. Bundan başqa Transformatorlara gələn on minlik hava xətlərinin bərkidildiyi beton dirəklərin dibləri ehtibarlı bəırkidilmədiyi üçün onların çoxsu əyilərək aşma dərəcəsindədirlər. Güclü küləkl olsa bu dirəklər aşacaqlar. On minlik xətlər ara küçələri ilə telefon xətləri ilə paralel çəkilib. Həmin telefon xətləri ilə elektrik xətlərinin arası heç yarım metrə deyil. Kim zəmanət verə bilər ki, yağış və qar zamanı həmin elektrik xətləri telefon xətlərinə elektrik ötürməyəcək?

Kəndin yenilənmiş elektrik xətlərinin texniki şərti yoxdur. Zərdab rayon EŞ-nin cavabdeh şəxslərindən texniki şərti soruşduqda bəhanə edirlər ki, bunun layihəsi peyk vasitəsi ilə çəkilib. Necə ola bilər ki, texniki şərtsiz layihə tutulur? Necə ola bilər ki, kənd sakini işıq çəkdirmək üçün müraciət edən kimi texniki şərt tələb olunur, amma böyük bir kəndə texniki şərtsiz  elektrik xətti çəkilir? Qeyd edim ki, elektrik xətləri və transformatorlar yenilənən zaman onların yerləri dəyişdirilib

Rayonda elektrik xətlərinin və transformatorların yenilənməsi üçün "Asiya inkişaf Bankı" külli miqdarda vəsait ayırıb. Həmin vəsait belə saxtakarlıq yoluyla mənimsəyiliblər. Bu vəsaiti podratçı şirkət ilə Zərdab rayon elektrik şəbəkəsinin baş mühəndisi Məhəmməd Mirzəliyev əlbir olaraq mənimsəyiblər.Bu korrupsionerlərin bu əməlindən isə biz sakinlər ziyan çəkirik. Necə ki hər gün qorxu içundə yaşayırıq.Tutduğu bu əməllərə görə Zərdab rayon EŞ-nin baş mühəndisi Məhəmməd Mirzəliyevə etiraz etdiyim üçün mənim evimə elektrik enerjisi ilə təmin olunmasının dayandırılması haqqında mart ayının 23-də tapşırıq verdi. Elə həmin gündə onun göndərdiyi elektriklər tərəfindən evimə enerjisinin verilməsi dayandırıldı. Azərişığa etdiyim zənglərdən sonra Məhəmməd Mirzəliyev mənim evimə qarmaqla  elektrik enerjisinin verilməsi tapşırığnğ verdi.Mənə isə 27-si marta kimi iş günü olmadığını bəhanə gətirərək gözləməyimi bildirdi. Səkkiz aydır ki, evimə elektrik enerjisi qarmaqla verilir ki, buda həm qanuna ziddir həmdə mənim və ailəmin həyat və sağlamlığımıza ciddi təhlükədir 

Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Azərişığın rəhbərliyinə müraciət edərək xahiş edirəm ki, Zərdab rayon Çallı kəndində elektrik xətlərinin və transformatorların yenilənməsi ilə bağlı podratçı şirkətin gördüyü işlərin mənim iştirakımla yoxlanılmasına köməklik göstərəsiniz.

Qarşı tərəfi dinləməyə hazırıq.

Meridian.az
скачать dle 12.1

MARAQLI OLA BİLƏR