Zərdab rayon Maliyyə İdarəsinin rəisi Sakit Məmmədov dövlətin pulunu cinayət yoluyla mənimsəyir-İDDİA

  • 35
  • /
  • 13-12-2018, 13:22


"Zərdab rayon Maliyyə İdarəsinin rəis vəzifəsini icra edən Məmmədov Sakit İfrat oğlu cinayət yolu ilə dövlətin pulunu mənimsəyir" Bu sözləri Zərdab şəhər M. Xəlilov küçəsi ev 14-də yaşayan Mirzəyev Rövşən Cəfər oğlu tərəfindən Meridian.az-ın elektron ünvanına göndərdiyi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış müraciətində qeyd edib. Müraciəti olduğu kimi dərc edirik:

Möhtərəm Prezident! 

Zərdab rayon Maliyyə İdarəsinin rəisi vəzifəsini neçə illərdir icra edən rəis müavini Məmmədov Sakit İfrat oğlu Azərbaycan Beynəlxalq Üniversitetinin rektoru olmuş barəsində bir neçə maddə ile cinayət işi açılmış Elşad Abdullayevlə cinayət əlaqəsinə girərək ali təhsil almadan, ali məktəbin yolunu belə tanımadan işlədiyi idarənin əmr kitabında qiyabi qaydada ali təhsil alması barədə heç bir qeydiyyatı olmadan  cinayət yolu ilə diplom əldə edib. S. Məmmədov neçə illərdir cinayət yolu ilə əldə etdiyi diplomla dövlətin küllü miqdarda pulunu mənimsəyib və dövlətə fırıldaq gələrək özünü ali təhsilli kimi gösdərərək inzibati vəzifə tutub.Buna subut olaraq S. Məmmədov prokurorluğa özü barəsində verdiyi izahatında yalandan yazır ki, "mən 1999 cu ildə ABU-ya qiyabi qaydada daxil olmışam və 2002- ci ildə yəni 3 ilə həmin unversiteti bitirmişəm". Ölkəmizdə həmin dövrdə 5 illik olan qiyabi təhsili 3 ilə guya oxumasını Sakit belə izah edir ki, "mənim birinci təhsilim texnikom olduğu üçün mən birbaşa ABU-nun 2- ci kursuna daxil olmuşam. Sakitin dediyi qaydada ölkəmizdə qiyabi təhsilin olmaması barədə təhsil nazirliyinin əlimdə 07.03.2018 və 16.03.2018 ci il tarixli 2963/01/11-24 nömrəli rəsmi sənədləri var.

Təhsil Nazirliyinin əlimdə olan 07.03.2018 ci il tarixli məktubunda göstərilir ki, ölkəmizdə qiyabi təhsil 5 ildir və birinci təhsili texnikom olan şəxslər hər hansısa ali təhsil müəssəsinin 2 ci kursuna daxil olmasi nəzərdə tutulmamışdır.Bu məktubdan açıq aydın görünür ki,  S.Məmmədovun özü barəsində verdiyi izahatında göstərdikləri tam yalandir. Bizim ölkəmizdə onun dediyi qaydada qiyabi təhsil yoxdur bu yalan izahatda onun barəsində cinayət işi başlanmasına tam əsas verir. 

Möhtərəm  Prezident, ən əsasıda Azerbaycan Respublikası Tələbə Qəbulu üzre Dövlet Komissiyasindan rayon prokurorluğuna göndərilən 14.03.2015 ci il tarixli 139-d-15 saylı mktubda göstərilir ki, "1992-2014 ci illərdə Məmmədov Sakit İfrat oğlu keçirilmiş qəbul imtahanlarında sənət vermiş abuturyentlər arasında aşkar edilməyib" Buda o deməkdir ki, Sakit Məmmdov əldə etdiyi diplomu qanunsuz yolla yəni testdən kənar əldə edib.Təsəvvür edin gülünc bir vəziyyətdir ki, testdən xəbəri olmayan ,tədrisin hesablanma qaydasın bilməyən Sakit Məmmədov neçə illərdi bu qaydada rayon Maliyyə İdarəsinə rəhbərlik edir.Bütün bu işlərdə Sakitə havadarlıq edən onun “Krışası” Maliyyə Nazirliyi Aparatının rəhbəri Namiq Süleymanovdur.Hansı ki, Namiq 68 yaşında müqavilə ilə işləyir. Buda o deməkdir ki, 68 yaşda müqavilə ilə işləyirsə dövlətinə ve prezidentinə düzgün xidmət etməlidir. O ise əksinə  çox hörmətli möhtərəm  Prezident sizə,yuxarı və aşağı dövlət orqanlarına Sakitin cinayətini gizlətmk üçün yalan məlumatlar verməklə məşğuldur. Cinayətidə bilərəkdən gizlətmek özüdə cinayətdir. Gösdərdiyim bütün bu fakları ərizəmə əlavə edirəm.

Möhtərəm Prezident, bu məsələ ilə bağlı ciddi tədbir görülməsinə gösdəriş verməyinizi sizdən xahiş edirəm. Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

Meridian.az olaraq yazıda adları çəkilən bütün maraqlı tərəfləri dinləməyə hazırıq 

Meridian.az


 
 
































   скачать dle 12.1

MARAQLI OLA BİLƏR