Aztəminatlı ailələrə birdəfəlik yardım veriləcək

  • 25
  • /
  • 19-12-2018, 19:54


Meridian.az xəbər verir ki, Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında Azərbaycan Respublikasının prezidenti tərəfindən sərəncam imzalanıb. 

Sərəncama əsasən 28 dekabr 2018-ci il tarixdə ünvanlı sosial yardım alan hər bir ailəyə Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə 100 (yüz) manat birdəfəlik yardım veriləcək.

Birdəfəlik yardımın verilməsi üçün 2018-ci ilin dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 (beş) milyon manat ayrılıb.

Mertidian.azскачать dle 12.1

MARAQLI OLA BİLƏR