İyunun 27-də Milli Gimnastika Arenasında 6000-dən çox tələbə və müəllimin iştirak etdiyi BDU-nun məzun gecəsi keçirilib.
Saat 17:00-dan 19:00-dək keçirilən tədbirin rəsmi hissəsində gənclər və idman naziri Fərid Qayıbov, BDU-nun rektoru Elçin Babayev, Tsukuba Universitetinin prezidenti NAQATA Kyosuke və kafedranın müəllimləri çıxış ediblər.
Tədbirin əyləncə hissəsi saat 19:00-da başlayıb və 23:30-a kimi davam edib. Bir çox məşhurlar dəvət olunub, tanınmış ifaçılar maraqlı şou nümayiş etdiriblər.
G-SHOCK mərasimin sponsorlarından biri olub. Sponsorluq paketimiz 4300 dollar idi. Səhnədən sponsor-təşkilatçılara xüsusi təşəkkürlər edilib G-SHOCK stendi böyük marağa səbəb oldu. G-SHOCK loqoları arenanın müxtəlif yerlərində nümayiş etdirildi İlin ən uğurlu məzunları G-SHOCK saatları ilə mükafatlandırılıb.