Layihələr

Layihələr

Müxtəlif istiqamətli layihələrimizin keçirilmə məqsədi markamızın tarixi və bu günü barədə məlumatı daha böyük kütləyə çatdırmaq, həmçinin gənclərimizi idman, müsiqi, incəsənət və digər fəaliyyətlərə cəlb etməkdir.

İdman

EDIFICE X DRİFT SHOW

2024-cü ilin iyul ayında Bakının "Test and Training" mərkəzində keçirilən "Drive Show Baku" tədbiri, avtomobil həvəskarları üçün unudulmaz anlarla yadda qaldı. Peşəkar drift şouları, "time attack" yarışları və tüninq olunmuş avtomobillərin nümayişi ilə dolu olan bu tədbirdə, biz — CASIO-nun rəsmi distribütoru olaraq, EDIFICE brendi ilə fəxrlə iştirak etdik və öz stendimizi qurduq.

EDIFICE stendimizdə, ziyarətçilər brendin sürət, dəqiqlik və texnoloji üstünlüklərini əyani şəkildə təcrübə etdilər. Xüsusi interaktiv zonalar, məhsul nümayişləri və hədiyyəli müsabiqələrlə dolu olan stendimiz, festivalın ən çox ziyarət edilən məkanlarından biri oldu.

Tədbirin əsas hissəsində, peşəkar sürücülər tərəfindən nümayiş etdirilən drift şouları və "time attack" yarışları izləyicilərə adrenalin dolu anlar yaşatdı. Yarışın qalibi, nəzərdə tutulmuş treki 45 saniyədə başa vuran Amin Səfiquliyev oldu. Tuning mərhələsində isə ən yaxşı görkəmə malik avtomobil seçilərək mükafatlandırıldı. Bu tədbir, avtomobil idmanının inkişafına və yerli həvəskarların bir araya gəlməsinə böyük töhfə verdi.

EDIFICE olaraq, bu cür tədbirlərdə iştirak etməklə texnologiya və sürətin birləşdiyi platformalarda yer almağa və gənc nəsillə birbaşa ünsiyyət qurmağa böyük önəm veririk. "Drive Show Baku"da iştirakımız, brendimizin enerjili və dayanıqlı ruhunu bir daha nümayiş etdirmək üçün əla bir fürsət oldu.

Gələcəkdə də bu kimi tədbirlərdə iştirak etməyi və texnologiya həvəskarları ilə bir araya gəlməyi səbirsizliklə gözləyirik.

Yaponiya Mədəniyyət və Budo festivalı

18 dekabr 2023-cü il tarixində Yaponiyanın Azərbaycandakı səfirliyi Bakı İdman Zalında “Yapon Mədəniyyəti və Budo Festivalı” keçirmişdir. Tədbirdə 4000-dən çox insan iştirak edib.

Beş saata yaxın davam edən tədbirdə müxtəlif strukturlar, o cümlədən idman federasiyaları, təhsil müəssisələri, Yaponiya şirkətləri iştirak edərək bu ölkənin qədim mədəniyyətini, döyüş sənəti nümunələrini təqdim ediblər. Festivalda çay mərasimi, ənənəvi yapon mədəniyyətinin nümunələri olan xəttatlıq, kimono, ikebana və origami ilə yanaşı, kosplay kostyumlarının nümayişi də olub. Bundan əlavə, tədbirin qonaqları proqramına Yapon döyüş sənətinin məşhur növləri - karate, cüdo, aykido və kendo daxil olan maraqlı yarışların tamaşaçısı olublar. Festival çərçivəsində yapon mahnıları və rəqsləri də ifa olunub, digər maraqlı səhnəciklər nümayiş olunub.
Festivalda xarici diplomatlar, Yaponiyanın Azərbaycandakı səfiri və Yaponiya səfirliyinin bütün əməkdaşları iştirak ediblər.

G-SHOCK x STRONGMAN 2023

25-26 noyabr 2023-cü il Park Inn hotelində güc idman növləri üzrə Azərbaycan STRONGMAN federasiyası daha bir yarış təşkil edib. Yarışda 400-ə yaxın tamaşaçı və idmançı iştirak edirdi. Peşəkar idmançılarımız müxtəlif növlərdə bacarıqlarını nümayiş etdirdilər. Onlar arasında 

Güclülər Federasiyasının sədri: Bəxtiyar Quluyev
Strongmen-in vitse-prezidenti: Namik Cəfərov
Səfirlərimiz baş nazir Ramil və Revşən Xəlilov
Stritliftinq üzrə Azərbaycan çempionu Sahib Bağırov  vardı.

PR menecerimiz Bəhlul bəy bizim məhsulları təqdim etdi. G-SHOCK saatları böyük marağa səbəb oldu. G-SHOCK Fan Zonunda G-SHOCK yeni modelləri və  40 illiyinə aid modellər nümayiş olunmuşdur.

Qaliblər ən son G-SHOCK saatı ilə təltif olundu!

G-SHOCK x DRIFT SHOW

Sürət harda, EDIFICE orda!

18 iyun 2023-cü il tarixində Bakıda “Test and Training” mərkəzində “Drive Show” avtomobil həvəskarları üçün möhtəşəm yarış keçirildi! 😍

Drive Show Baku təşkilatçılığı ilə keçirilən turnirə həvəskarlar böyük maraq göstərdilər. İştirakçılar drift-şou, “time attack” yarışlarında bir biri ilə mübarizə aparıblar. Şouda tüninq olunmuş avtomobillər, yürüş avtomobilləri və motosikletlər ziyərətçilər üçün parlaq mənzərə yaradıb.

Yarışın qalibi nəzərdə tutulmuş treki 45 saniyədə başa vuran Amin Səfiquliyev olub.

G-SHOCK x RAMİL PM

2 Sentyabr saat 19:00-da 28 Mall-da G-SHOCK CASIO STORE-da Ramil bəyə GMW-B5000GD-9 mükafatlandırma mərasimini keçirdik. Tədbirdə G-SHOCK fan-klubumuzun üzvləri də daxil olmaqla 150-yə yaxın tamaşaçı iştirak etmişdi. Tədbirin aparıcısı Ramil PM pauerliftinq üzrə dünya çempionatında qazandığı qələbə münasibətilə təbrik edib, CASIO və MERIDIAN adından 4 qızıl medalın sahibinə G-SHOCK GMW-B5000GD-9 saatı təqdim olunub. 

Ramil PM idmançılara verdiyi dəstəyə görə G-SHOCK CASIO şirkətinə minnətdarlığını bildirdi, idman uğurlarından və G-SHOCK saatlarının bütün bu müddət ərzində onun qələbələrinin simvoluna çevrilməsindən danışdı. O, belə bir xüsusi hədiyyəni yüksək qiymətləndirdi.

Tədbir zamanı müsabiqə keçirilib, iştirakçılar bir dəqiqə ərzində çəki qaldırıblar. Qaliblər topladıqları xalların cəminə görə müəyyən edilib və onlara G-SHOCK-dan saatlar verilib.

G-SHOCK x Çimərlik Voleybolu

İyulun 15-də Azərbaycan Voleybol Federasiyası (AFFA) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Su İdmanı Sarayında çimərlik voleybolu üzrə Bakı turniri keçirilib. Turnirdə 300-ə yaxın qonaq iştirak edib. 

Loqolarımızı zonanın müxtəlif yerlərində yerləşdirmişik. Turnirin iştirakçı və tamaşaçılarına promosyonlar barədə məlumat və endirim kuponları verildi. 

G-SHOCK x RUBİC CUBE

İyulun 18-də Gənclər Evində G-SHOCK-un dəstəyi ilə Azərbaycan Kuboku Assosiasiyasının təşkilatçılığı ilə “Azərbaycan Milliləri 2022” yarışması keçirilib.

İştirakçılara sertifikatlar təqdim olundu və əməkdaşımız Pərviz bəy eksklüziv G-SHOCK Rubik Kubunun GAE-2100RC-1A Collaboration modeli haqqında danışdı. Həmin saat 3x3 kubu 7,61 saniyəyə toplamaqda Azərbaycan rekordunu qıran cənab Cavid Nəbizadəyə hədiyyə edildi.

Həmçinin iştirakçılara və qonaqlara aksiyalar haqqında geniş məlumat verildi, endirim kuponları paylandı.

EDIFICE x Şahmat

İyulun 22-də Azərbaycan Şahmat Federasiyası (AŞF) Milli Mətbuat Gününə həsr olunmuş jurnalistlər arasında şahmat turnirinin açılış mərasimini keçirib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Medianın İnkişafı Agentliyinin (MEDIA) icraçı direktoru Əhməd İsmayılov və ACF-nin birinci vitse-prezidenti Faiq Həsənov iştirak ediblər. 

Turnirin final mərhələsi 16.07.2022-ci il tarixində baş tutdu. Qalib EDIFICE saatının sahibi olan Goalissimo komandası oldu. Tədbirin aparıcısı, tanınmış idman jurnalisti Sənan Şərifov iştirakçıları və qalibləri təbrik etdi. 

Mükafatlandırma mərasimi 25.07.2022-ci il tarixində baş tutdu. ACF-nin (Azərbaycan Şahmat Federasiyası) birinci vitse-prezidenti Faiq Həsənov və həmkarımız Pərviz Musayevdə öz çıxışlarını etdilər. 

G-SHOCK x STRONGMAN 2022

10 Aprel 2022-ci il Strongmen üzrə daha bir Azərbaycan çempionatı keçirildi. Federasiyanın prezidenti Bəxtiyar Quliyev idmançılara ürək sözlərini və uğurlar arzulayaraq möhtəşəm rəqabəti başlatdı.İştirakçılarla ümumilikdə 1200 nəfər var idi. Yarış saat 10:00-dan 20:00-a kimi davam etdi. 

Yarışlarda müxtəlif çəki dərəcələrində peşəkar idmançılar iştirak etdilər. Onların hər birinin çoxlu sayda mükafatı və öz fanat bazası var.

G-SHOCK burada bir neçə reklam bannerləri və cari Bestseller modelləri olan stend quraşdırmışdı. İştirakçılara GWP-lər nümayiş etdirildi və hədiyyə edildi: Powerbank, qələmlər, açar zəncirlər, fincanlar, noutbuklar, termoslar və s. Bütün qonaqlara 300 birdəfəlik 10% endirim kuponu verildi. 

G-SHOCK x POWERLIFTING 2021

18 sentyabr 2021 Pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib

Pauerliftinq üzrə Azərbaycan çempionatı Gənclər və İdman Nazirliyi, habelə Milli Olimpiya Komitəsinin dəstəyi ilə keçirilib.

Yarış 44 günlük Vətən müharibəsində iştirak etmiş hərbiçilərimizə, o cümlədən, şəhid və qazilərimizə həsr olunub. “Dəmir yumruq” adı altında təşkil olunan budəfəki çempionatda 100-dən artıq idmançı müxtəlif çəki dərəcələrində qüvvəsini sınayıb.

Turnirdə paytaxtla yanaşı Sumqayıt, Naxçıvan, Gəncə , Mingəçevir və digər bölgələrədən olan iştirakçılar çıxış ediblər. Yarış 3 kateqoriya üzrə - pauerliftinq, benç-press və dead-lift üzrə keçirilib.

Yarışın yekunlarına görə müxtəlif çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.  Xüsusilə, 75 kq-da Rövşən Xəlilov dead-lift, 140 kq-da Razim Hüseynov pauerliftinq və 90 kq-da Əli Əsgərov isə benç-press növündə yüksək nəticə göstərməklə bütün rəqiblərini qabaqlayıb. Sonda qaliblərə G-SHOCK saat hədiyyə olunub. 

VOLEYBOLL

İyulun 15-də Azərbaycan Voleybol Federasiyası (AVF) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə çimərlik voleybolu üzrə Bakı şəhər turniri keçirilib. Su İdmanı Sarayında təşkil olunan yarışda 18 yaşadək gənc qızlar birincilik uğrunda mübarizə aparıb. Dairəvi sistemlə keçirilən yarışda 12 cütlük iştirak edib.

Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Xanım Cəlalova və Fəridə İbrahimova cütlüyü qalib adını qazanıblar. Turnirin gümüş mükafatına İradə Həsənzadə və Ariadna Neçay, bürünc medallarına isə Ada Su Karip və Ayla Qasımova cütlüyü sahib olublar, qaliblər həmçinin G-SHOCKdan müxtəlif hədiyyələrə sahib olublar.

G-SHOCK x Azerbaijan Strongmen Powerlifting

Azerbaijan Strongmen Federasiyasının təşkilatçılığı ilə Bakı Su İdman Sarayının ərazisində STRONGMEN idman növü üzrə Azərbaycan çempionatı keçirilib. Çempionat çərçivəsində “strict curl” üzrə də ölkə birinciliyi təşkil olunub.

Üç hərəkət üzrə təşkil olunan stronqmen yarışlarında Rövşən Xəlilov - həmçinin ambassadorumuz (80 kq), Nicat Hüseynov (95 kq), Pərviz Hüseynov (110 kq) və Əli Əliyev (110 kq-dan yuxarı) Azərbaycan çempionu olublar.

Sonda hər zaman olduğu kimi iştirakçılara G-SHOCK hədiyyələri təqdim olundu.

İncəsənət

“OMUR KOMUR KIMI” FAN EVENT

2024-cü il avqustun 11-də EGP Arenada G-SHOCK ambassadorumuz Mr. Paster ilə birlikdə təşkil etdiyimiz "Ömür Kömür Kimi" adlı Fan Event böyük coşqu ilə baş tutdu. Bu möhtəşəm tədbirə 3.500-dən çox fan qatıldı və G-SHOCK-un enerjisini, dayanıqlılığını və fərqli stilini birlikdə yaşadıq.

Fan zonasında iştirakçılarla birbaşa ünsiyyət quraraq G-SHOCK modellərimiz haqqında ətraflı məlumat verdik. Dinamik və interaktiv yanaşmamız sayəsində qonaqlar həm öyrəndi, həm də əyləndi. Tədbirdə komandamızdan Nura xanım, Turana xanım, Xəyalə xanım, Fətimə xanım, Abbas bəy, Fərhad bəy və Əli bəy iştirak edirdi və hər biri ziyarətçilərlə yaxından maraqlanaraq onlara brendin ruhunu hiss etdirdi.

Tədbir zamanı ambassadorumuz Mr. Paster-ə ikonik modellərimizdən biri hədiyyə edildi. O, G-SHOCK loqolu köynəkləri imzalayaraq fanlara təqdim etdi. Bununla yanaşı, brendə məxsus açarlıq və qələmlər də paylandı. Fanlar stendimizdə sərgilənən saat modellərinə xüsusi maraq göstərərək onları yaxından tanımağa can atırdılar.

Tədbir ərzində iştirakçılara xüsusi hədiyyələr də təqdim olundu və hər kəs öz evinə G-SHOCK xatirəsi ilə döndü. “Ömür Kömür Kimi” Fan Event bir daha sübut etdi ki, G-SHOCK təkcə bir saat deyil – bu, həyatın ritmini tutan güclü bir ruhdur.

Bu enerjili gündə bizimlə olan hər kəsə təşəkkür edirik.

G-SHOCK x BAD SANTA

2024-cü ilin dekabr ayında Bakıda keçirilən “Bad Santa” tədbiri, şəhərin ən dinamik və qeyri-adi Yeni İl partilərindən biri kimi yadda qaldı. G-SHOCK brendi olaraq, bu tədbirdə iştirak etməklə, enerjili və fərqli ruhumuzu bir daha nümayiş etdirdik.

Tədbir zamanı iştirakçılar üçün müxtəlif əyləncəli proqramlar təşkil olundu: rəqs şouları, lazer effektləri, pulsuz fotosessiyalar və maraqlı müsabiqələr gecəyə xüsusi rəng qatdı. G-SHOCK stendimizdə ziyarətçilər brendin dayanıqlığını və texnoloji üstünlüklərini əyani şəkildə təcrübə etdilər. Xüsusi interaktiv zonalar və məhsul nümayişləri ilə dolu olan stendimiz, tədbirin ən çox ziyarət edilən məkanlarından biri oldu.

“Bad Santa” tədbiri, G-SHOCK-un sərhədləri aşan, cəsarətli və fərqli ruhunu bir daha nümayiş etdirmək üçün əla bir fürsət oldu. Bu cür tədbirlərdə iştirak etməklə, biz texnologiya və yaradıcılığın birləşdiyi platformalarda yer almağa və gənc nəsillə birbaşa ünsiyyət qurmağa böyük önəm veririk.

G-SHOCK x HALLOWEEN COCKTAİLS

G-SHOCK ilə qorxulu dərəcədə əyləncəli bir HALLOWEEN qeyd etdik! 👻🎃

Bu ilki Halloween gecəsi bizim üçün G-SHOCK ailəsi ilə birlikdə yaşanan unudulmaz xatirələrin daha bir parçası oldu. Nizami 87 ünvanındakı mağazamız bu dəfə qaranlığın sirli cazibəsinə büründü – hər küncdə qorxunc dekorlar, xüsusi işıqlandırma və atmosferi tamamlayan musiqilər vardı.

Tədbir boyu qonaqlar üçün müxtəlif interaktiv oyunlar təşkil olundu, qaliblərə isə maraqlı G-SHOCK hədiyyələri təqdim edildi. Hər şey bununla bitmədi! Gələn hər kəsə ödənişsiz olaraq professional Halloween makiyajı tətbiq edildi. Ziyarətçilər özlərinə yaraşan qorxulu simalarla bu gecəyə tam uyğun obrazda qatıldılar.

Qonaqlar həm şirniyyatlarla dolu süfrədən daddı, həm də əyləncə və sürprizlərlə dolu atmosferin dadını çıxardı. Səmimi anlar, qeyri-adi görünümlər və bol-bol foto fürsəti ilə G-SHOCK-un dinamik və fərqli ruhu bir daha özünü göstərdi.

Bu gecəyə rəng qatan, bizimlə bu həyəcanı paylaşan hər kəsə təşəkkür edirik! G-SHOCK ilə həyat tərzi yaşanır – bir az qorxu, bir az əyləncə və hər zaman dayanıqlıqla!

CASIO Watch 50th Anniversary

Mart ayının 16-17 tarixlərində qatıldığımız "Novruz" sərgisində CASIO stendi böyük marağa səbəb olub. Sərgini ziyarət edən şəxslərə marka haqqında məlumatlar verildi, hədiyyələr təqdim olundu.

Tədbir 3500-dən çox şəxsin marağına səbəb oldu. Stendimizlə maraqlanan sərgi iştirakçıları yeni CASIO saatlarını almağı da unutmadılar.

Bir sıra ictimai xadimlərin və media üzvlərinin iştirak etdiyi sərgidə aksesuarlar, əl işləri, baxım məhsulları, milli yemək və şirniyyatlar sərgilənmişdir. 

G-SHOCK x Carpet Jam

İyul ayının 15-i Milli Gimnastika arenasında Breaking üzrə ''Carpet Jam" adlı ilk Azərbaycan çempionatı keçirildi. Həmçinin, K.O.T.B - King of the Beat nominasiyası üzrə "All Styles" üslubunda da Azərbaycanın ən güclüləri bir-biri ilə yarışdılar.

 Sonda qaliblər müxtəlif medal, sertifikatlar və onların tərzini tamamlayacaq ən ideal aksesuar olan G-SHOCKla təltif olundular.

G-SHOCK 40th ANNİVERSARY

İyun ayının 8-i G-SHOCK-un 40 illiyi münasibətilə möhtəşəm tədbir keçirildi! 💥 Burada G-SHOCK FAN CLUB üzvləri ilə yanaşı digər tanınmış hip-hop artistləri tədbirdə qonaq qismində iştirak edirdilər. - RİO, TRİNOTRUE, JAYKO və s. 

  Tədbirdə müxtəlif aksiyalar keçirildi, endirim kuponları iştirakçılara hədiyyə olundu. Əməkdaşımız Bahlul Dadashov səhnədə izləyicilərə G-SHOCK-un dünəni və bu günü barədə ətraflı məlumat verdi.   

  Tədbirin sonlarına doğru hip-hop mədəniyyəti ilə yaxından maraqlanan hər kəs üçün UnderGame Rap Battle layihəsi bizimlə birlikdə ölkəyə səs saldılar!  Ənənəvi "underground" tərzində keçirilən "battle"lar akapella formatında 3 rounddan ibarət idi.

İştirakçılar kim idi?

-Neocortex VS. YAP10 
-Tibu VS. Aslixan

G-SHOCK x Yapon Mədəniyyət Festivalı 2022

15 may 2022-ci il tarixində iki ölkə Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Yaponiyanın Azərbaycandakı səfirliyi Landmark biznes mərkəzində “Yapon Mədəniyyəti Festivalı” keçirmişdir. Tədbirdə 4000-dən çox insan iştirak edib.

Festivalda Yaponiya səfiri Vada Çuniçini çıxış edib.

Festivalda şirkətimiz yeni G-SHOCK saatını təqdim etdi, yeni saat texnologiyalarını nümayiş etdirdi: Günəş enerjisi, Zərbəyə davamlılıq, Suya davamlılıq, Vibrasiyaya davamlılıq, Karbon Əsas Qoruyucu. Stendimiz festivalın qonaqlarında və iştirakçılarında böyük maraq doğurdu.

G-SHOCK x HALLOWEEN

ETUD kafesində təşkil olunan tədbirdə Halloween atmosferi yaratmaq üçün otaqlar tünd rənglərlə bəzədilmişdir.Tədbirdə qonaqlara pulsuz içkilər, endirim kuponları və yeni modellər təqdim olunub. Bundan əlavə hər bir qonağın iştirak edə biləcəyi müxtəlif viktorinalar və sorğular da keçirilmişdir. DJ və aparıcı qonaqların əhval-ruhiyyəsini yüksək notlarda tutaraq tədbirə əyləncə qatdılar.
Bütün qonaqların səs verdiyi ən yaxşı kostyum üçün müsabiqə keçirildi, qalib G-SHOCK saatını əldə etdi.

G-SHOCK x TEOMAN

14 fevral Elektra Events Hallda Türkiyənin sevilən müğənnisi Teoman Azərbaycanda Sevgililər Gününə özəl konsert proqramı ilə çıxış edib.Konsertdə ifaçının ən tanınmış xit mahnıları səslənib.

Tədbirə gələn qonaqlara G-SHOCK saatları haqqında ətraflı məlumat verilib, daha sonra isə hədiyyələr və endirim kuponları təqdim olunub.

Müasir

G-SHOCK x GAME SUMMİT 2025

2025-ci ilin ən çox gözlənilən oyun və texnologiya tədbirlərindən biri olan GAME SUMMIT Azərbaycan bu il də böyük coşğu və maraqla keçirildi. Oyun dünyasının son yenilikləri, qabaqcıl texnologiyalar və müxtəlif interaktiv zonaları bir araya gətirən bu tədbir, oyun həvəskarlarına unudulmaz anlar yaşatdı.

CASIO G-SHOCK brendi olaraq biz də bu möhtəşəm tədbirdə fəal iştirak etdik. 3 gün davam edən GAME SUMMIT çərçivəsində stendimizi quraraq oyunçular və ziyarətçilərlə birbaşa ünsiyyət imkanı yaratdıq. G-SHOCK-un ikonik və innovativ modelləri nümayiş olundu, brendin dayanıqlılığı və texnoloji üstünlükləri haqqında ətraflı məlumat verildi. Səmimi söhbətlər vasitəsilə ziyarətçilərin sualları cavablandırıldı və vurğulandı ki, G-SHOCK sadəcə bir saat deyil – bu, bir həyat tərzidir. Qonaqlar ən son modellərlə yaxından tanış oldular.

Tədbirin yaddaqalan məqamlarından biri də Yaponiya Səfirliyinin nümayəndələri ilə isti münasibət oldu. Komandamızdan xanım Fətimə və xanım Leyla, səfirliyin nümayəndəsi xanım Günel Yuzbaşovanın dəvəti ilə ənənəvi yapon çay mərasimində iştirak etdilər ki, bu da texnologiya dolu bir günə mədəni zənginlik qatdı. Daha sonra Yaponiya səfiri cənab Vatanabe Katsuya və səfirliyin ikinci katibi cənab Tsuchiya Taiji stendimizə yaxınlaşaraq komandamızla şəkil çəkdirdilər — bizim üçün böyük şərəf idi.

Tədbir çərçivəsində oyun sənayesindəki yenilikləri yaxından izləmək imkanı əldə etdik. Yeni oyunların təqdimatı, texnoloji yeniliklər və maraqlı çıxışlar iştirakçıların böyük marağına səbəb oldu. Kospleyçilər isə sevdikləri oyun qəhrəmanlarının obrazında çıxış edərək tədbirə kreativlik və əyləncə qatdılar. Onlar saatlarımıza maraq göstərdi, məlumat aldılar və şəkillər çəkdirdilər. Qalib kospley iştirakçılarına G-SHOCK tərəfindən eksklüziv hədiyyə qutuları təqdim olundu.

GAME SUMMIT-də iştirakımız G-SHOCK-un gənclərlə və texnologiya həvəskarları ilə birbaşa əlaqə qurması, brendin gücünü nümayiş etdirməsi və yeni trendləri izləməsi baxımından əla fürsət oldu.

Gələcəkdə də bu cür böyük və dəyərli layihələrdə iştirak etməyi səbirsizliklə gözləyirik.

JAPANESE EMPEROR’S BIRTHDAY RECEPTION 2025

2025-ci il fevralın 21-də Fairmont Baku, Flame Towers-un Grand Ballroom zalında keçirilən Yapon İmperatorunun Ad Günü Resepsiyasında iştirak etmək üçün Yaponiyanın Azərbaycandakı Səfirliyi tərəfindən dəvət aldıq. Bu mötəbər tədbirdə 450-dən çox qonaq iştirak edirdi.

G-SHOCK brendinin təmsilçiləri olaraq, bu tədbirdə iştirak etmək bizim üçün qürurverici oldu. Stendimizdə sərgilənən yeni modellər qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini cənab Elnur Məmmədov və Yaponiyanın Azərbaycandakı səfiri cənab Vatanabe Katsuya stendimizə xüsusi maraq göstərərək G-SHOCK-un son yenilikləri ilə yaxından tanış oldular və brend haqqında müsbət təəssüratlarını bölüşdülər.

Tədbirin davamında iki ölkə arasında diplomatik münasibətlərin əhəmiyyətindən bəhs edən rəsmi çıxışlar edildi. Bundan sonra isə Yaponiyanın zəngin mədəniyyətini əks etdirən xüsusi təqdimatlar baş tutdu. 8-ci dan Kendo ustası Masanori Yasue-nin Iaido döyüş sənəti üzrə nümayişi və səfirin şəxsi aşpazı xanım Abe tərəfindən təqdim olunan ənənəvi yapon mətbəxi tədbirə xüsusi rəng qatdı.

G-SHOCK olaraq, bu cür beynəlxalq və mədəni tədbirlərdə iştirak etmək bizim üçün həm brendimizi təqdim etmək, həm də Yapon mədəniyyətini daha yaxından təmsil etmək baxımından böyük əhəmiyyət daşıyır. Tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edirik!

G-SHOCK FAN EVENT

2025-ci il mayın 9-da 28 Mall-da yerləşən G-SHOCK | CASIO mağazasında G-SHOCK Fan Event baş tutdu və bu tədbirə 180-dən çox fan qatıldı. Dinamik atmosfer, interaktiv bölmələr və eksklüziv təqdimatlarla yadda qalan bu gün, G-SHOCK brendinin ruhunu sevən hər kəs üçün unudulmaz anlarla dolu idi.

Tədbiri, G-SHOCK tədbirlərinin daimi aparıcısı olan əməkdaşımız cənab Abbas açdı. O, gələcək GA-V01 modelinin xüsusiyyətləri və yeni Bluetooth modelləri — GBD-200, GA-010 və GD-010 haqqında ətraflı məlumat verdi. Daha sonra isə “Iconic Style Tarixi” adlı təqdimatla G-SHOCK-un dizayn təkamülünü və ikonik mərhələlərini qonaqlarla bölüşdü.

Brendin dayanıqlıq ruhunu göstərmək məqsədilə əməkdaşımız cənab Fərhad buz parçalarını sındıraraq "crash test" nümayiş etdirdi. Fanlar da bu nümayişə qoşularaq buz sındırma prosesində aktiv iştirak etdilər və tədbirin həyəcanını daha da artırdılar.

Tədbirin əsas hissəsi olan Blind Box oyunu isə iştirakçılar üçün əsl sürpriz oldu. Yalnız əvvəlcədən qeydiyyatdan keçmiş qonaqların qatıldığı bu oyunda iştirakçıların gözləri bağlanaraq əlcək geydirildi və model kodlarını tapmaq üçün qutuda axtarışa başladılar. Doğru model kodunu tapanlar həmin modeli hədiyyə olaraq qazandılar.

Bununla yanaşı, tədbirdə iştirak edən hər bir qonağa 30% endirim kuponu təqdim olundu. Hər kupon iki hissədən ibarət idi — biri bizdə saxlanıldı, digəri isə müştəriyə verildi. Tədbirin sonunda həmin kuponların iştirakı ilə lotereya keçirildi və bir şanslı iştirakçı G-SHOCK saatı qazandı. Digərləri isə xüsusi hədiyyə qutularına sahib oldular.

Tədbirin uğurla keçirilməsində əməyi olan əməkdaşlarımız – cənab Elgün, cənab Sənan, cənab Abbas, cənab Fərhad, xanım İlknur, xanım Leyla, xanım Fətimə, xanım Nura və xanım Məsuma, eləcə də G-SHOCK ambassadorumuz, DJ və prodüser Vugarıxx – tədbirə xüsusi rəng qatdılar.

G-SHOCK Fan Event bir daha sübut etdi ki, bu brend sadəcə bir saat deyil – bu, bir həyat tərzidir! Dayanıqlıq, yenilik və əsl fan ruhu ilə dolu bu gün üçün hər kəsə təşəkkür edirik. Yeni tədbirlərdə görüşmək ümidi ilə!

G-SHOCK ambassadorlar ilə görüş

21 dekabr tarixində baş ofisimizdə il sonu görüşümüzü sevimli ambassadorlarımızla birlikdə keçirdik. Bu görüş həm ötən ilin yekunlarını paylaşmaq, həm də qarşıdan gələn ilin planlarını müzakirə etmək baxımından çox dəyərli oldu.

Tədbir zamanı gələcək kampaniyalar və ideyalarımız barədə danışdıq, ambassadorlarımızın dəyərli fikirlərini dinlədik. Yeni qoşulan ambassadorlara təşəkkürnamə və hədiyyə qutuları təqdim olundu. Bu, onların dəstəyinə olan minnətdarlığımızın kiçik, lakin səmimi bir ifadəsi idi.

Görüş boyu səmimi söhbətlər, pozitiv enerji və ortaq həyəcan hissi ilə dolu anlar yaşandı. Ambassadorlarımız bu anları öz Instagram hekayələrində paylaşaraq tədbirin ruhunu daha da yaydılar.

Yeni ildə birlikdə daha böyük uğurlara imza atacağımıza inanırıq!

CASIO | 50TH ANNİVERSARY

CASIO brendinin 50 illik yubileyi münasibətilə keçirilən tədbir, bizim üçün sadəcə bir qeyd etmə deyildi – bu, zamanla formalaşan bir mirasın və brendin ruhunu yaşadan insanların bir araya gəldiyi unudulmaz bir gün oldu. G-SHOCK sevərləri, ambassadorlarımız və dəyərli diler şəbəkəmizlə birlikdə keçmişi yad etdik, bu günə qədər gəldiyimiz yola nəzər saldıq və gələcək üçün motivasiya ilə dolduq.

Tədbir boyu CASIO-nun maraqlı tarixi haqqında qonaqlara geniş məlumat verildi. İlk kalkulyatorlardan başlayaraq, dünyanı heyrətləndirən texnoloji yeniliklərə, ikonik saat modellərinə qədər hər bir mərhələ böyük maraqla qarşılandı. Qonaqlar bir həyat tərzinin necə formalaşdığını hiss etdilər.

Bu möhtəşəm günün ən emosional anlarından biri də ilin ən yaxşı G-SHOCK ambassadoru seçilən Ramil PM və ilin ən güclü diler şəbəkəsi olaraq Kontakt Home-un xüsusi hədiyyələrlə mükafatlandırılması oldu. Onların brendə olan sadiqliyi və fəal iştirakı bu uğurun vacib parçasıdır.

Şənlik ab-havasında keçən tədbir boyu G-SHOCK-un dayanıqlı və enerjili ruhu hər an özünü hiss etdirirdi. Paylaşılan səmimi anlar, birgə çəkilən fotolar və sosial mediada böyük maraqla qarşılanan videolar bu günün nə qədər dəyərli olduğunu bir daha sübut etdi.

CASIO olaraq 50 illik bu yolda bizimlə olan hər kəsə təşəkkür edirik. Bu birlik, qarşılıqlı inam və dəstək bizim üçün ən böyük motivasiyadır. İrəlidə daha böyük layihələr, daha çox yenilik və birlikdə yazılacaq yeni hekayələr var. Bizimlə qalın. Zaman dəyərlidir – CASIO ilə isə unudulmazdır.

PİCNİC DAY-dən Yadda Qalan Anlar

G-SHOCK ilə Təbiətin Qoynunda: PİCNİC DAY-dən Yadda Qalan Anlar

G-SHOCK olaraq yalnız funksional və dayanıqlı saatlar təqdim etməklə kifayətlənmirik – biz həm də enerjini, ruhu və birliyi paylaşmağı sevirik. Məhz bu ideyadan yola çıxaraq təşkil etdiyimiz “G-SHOCK | PICNIC DAY” tədbiri, sevimli simalarla birlikdə təbiətin qoynunda keçirdiyimiz unudulmaz bir günə çevrildi.

Gülüşlər, Ləzzətlər və Yaradıcılıq

Piknik boyu təbiətin sakitliyi və yazın enerjisi ilə dolu bir atmosferdə səmimi söhbətlər, dadlı yeməklər və bol gülüş vardı. Ancaq günün ən fərqli hissəsi, rəngli molbertlər üzərində fırçalarla sərbəst yaradıcılığın həyat bulduğu o anlar oldu. Qonaqlar öz daxili enerjilərini kağıza tökdü, hər rəng G-SHOCK-un sərhədsiz ruhunu simvolizə etdi.

Marka Kimi Dayanıqlı Bir Gün

G-SHOCK-un ruhunda olduğu kimi, bu gün də dayanıqlıq, enerji və macəra arzusu ilə dolu idi. Qonaqlar arasında formalaşan pozitiv enerji, təbiətlə olan bağımızı bir daha xatırlatdı. Bu G-SHOCK-un yaşatdığı həyat tərzinin bir parçası idi.

Daha Çox G-SHOCK Anı Üçün...

Bu tip tədbirlər bizim üçün sadəcə sosial görüşlər deyil – bu, brendin insanlarla birbaşa ünsiyyət qurduğu, ruhunu paylaşdığı anlardır. Gələcəkdə daha çox belə tədbirlərlə G-SHOCK ailəsini böyütmək və birgə unudulmaz xatirələr yaratmaq niyyətindəyik.

Sən də bu enerjiyə qoşulmaq, ilham almaq və bizlə birgə yaşamaq istəyirsənsə – bizi izləməyə davam et! 🫶🏻

AMALYS Brendindən Unudulmaz Tədbir

İncə Zövq və Sosial Mesaj Bir Arada
Yaxın günlərdə Azərbaycanda rəsmi distribütoru olduğumuz AMALYS brendinə həsr olunmuş xüsusi bir tədbir baş tutdu. Zərifliyi və incəliyi ilə tanınan bu Belçika brendi üçün təşkil etdiyimiz bu gecə həm unikal atmosferi, həm də dəyərləri ilə seçildi.

Tədbirdə ölkəmizin tanınmış blogerləri, əməkdaşlıq etdiyimiz diler mağazalarının nümayəndələri, media təmsilçiləri və digər seçilmiş qonaqlar iştirak edirdi. Gecənin əsas qonağı isə heç şübhəsiz brendin qurucusu Adrian Voisin oldu. Onun tədbirə şəxsən qatılması bizim üçün böyük qürur idi.

Adrian Voisin öz çıxışında AMALYS brendinin dəyərlərindən, zərif dizayn fəlsəfəsindən və sosial məsuliyyət yanaşmasından danışaraq, həm markaya olan marağı artırdı, həm də təşəkkürlərini bildirdi. Bu çıxış qonaqlar tərəfindən böyük maraqla qarşılandı.

Gecəyə özəl hazırlanmış AMALYS saatlarının əllə çəkilmiş rəsmləri üzərində Adrian Voisinin şəxsən imza atması isə tədbirin ən yaddaqalan anlarından biri oldu. Bu hədiyyələr hər bir qonaq üçün xüsusi bir xatirəyə çevrildi.

Tədbirə xüsusi hazırlanmış tort da gecənin simvolik anlarından biri oldu. Adrian Voisin tortu şəxsən kəsərək bu əlamətdar günü bizimlə birlikdə qeyd etdi.

Əyləncə də unudulmadı – tədbir zamanı təşkil olunan lotoreyada bir iştirakçıya AMALYS saatı hədiyyə olundu, bu isə gecəyə həyəcan və sevinc qatdı.

Ümumilikdə bu tədbir AMALYS brendinin ruhunu və dəyərlərini hiss etdiyimiz bir an oldu. Qonaqlar markanın sadəcə estetik baxımdan deyil, həm də sosial və etik yanaşması ilə nə qədər dəyərli olduğunu daha yaxından tanıdılar.

Bu cür görüşlər, markamızla daha güclü bağlar qurmaq və AMALYS-in Azərbaycandakı yolçuluğunu daha geniş auditoriyaya tanıtmaq baxımından olduqca önəmlidir.

UNEC Məzun Günü

İyunun 28-də “Baku Crystal Hall”da 17 mindən çox tələbə, valideyn və müəllimin iştirak etdiyi UNEC-in məzun gecəsi keçirilib.

Saat 18:00-dan 19:30-dək keçirilən tədbirin rəsmi hissəsində UNEC-in rektoru Ədalət Muradov, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və kafedranın müəllimləri çıxış ediblər.

Tədbirin əyləncə hissəsi saat 19:30-da başlayıb və 23:00-a kimi davam edib. Bir çox məşhurlar dəvət olunub, tanınmış ifaçılar maraqlı şou nümayiş etdiriblər.

G-SHOCK mərasimin sponsorlarından biri olub. Sponsorluq paketimiz 3500 dollar idi. Səhnədən sponsor-təşkilatçılara xüsusi təşəkkürlər edilib.

G-SHOCK stendi böyük marağa səbəb oldu. G-SHOCK loqoları arenanın müxtəlif yerlərində nümayiş etdirildi. İlin ən yaxşı məzunları G-SHOCK saatları ilə mükafatlandırılıb 

BDU Məzun Günü

İyunun 27-də Milli Gimnastika Arenasında 6000-dən çox tələbə və müəllimin iştirak etdiyi BDU-nun məzun gecəsi keçirilib.

Saat 17:00-dan 19:00-dək keçirilən tədbirin rəsmi hissəsində gənclər və idman naziri Fərid Qayıbov, BDU-nun rektoru Elçin Babayev, Tsukuba Universitetinin prezidenti NAQATA Kyosuke və kafedranın müəllimləri çıxış ediblər.

Tədbirin əyləncə hissəsi saat 19:00-da başlayıb və 23:30-a kimi davam edib. Bir çox məşhurlar dəvət olunub, tanınmış ifaçılar maraqlı şou nümayiş etdiriblər.

G-SHOCK mərasimin sponsorlarından biri olub. Səhnədən sponsor-təşkilatçılara xüsusi təşəkkürlər edilib G-SHOCK stendi böyük marağa səbəb oldu. G-SHOCK loqoları arenanın müxtəlif yerlərində nümayiş etdirildi İlin ən uğurlu məzunları G-SHOCK saatları ilə mükafatlandırılıb.

5-Cİ "YERLİ ŞİRKƏTLƏRİN TANITIM SƏRGİSİ"

24-26 İyun tarixlərində Baku Ekspo Mərkəzində yerli şirkətlərin Partners and Business sərgisi keçirilib.Sərgidə 250-ə yaxın şirkət, 30000-dən çox ziyarətçi iştirak edib

Milli Məclisinin deputatı Tahir Mirkişili, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Marsol Group-un rəhbəri Tural Mustafayev sərginin yerli şirkət və sahibklarlar üçün əhəmiyyətindən bəhs ediblər.

Üç gün davam edən bu tədbirdə müxtəlif sektorlardan, o cümlədən qida sənayesi, İKT, təhsil, logistika, tekstil və digər sahələrdən 150-dən çox Azərbaycan şirkəti öz məhsul və xidmətlərini nümayiş etdirmək üçün bir araya gətirir. Biz bir neçə şirkətlə müqavilə imzaladıq və sifariş verdik.

Stendlərimiz saat sevərlərin xüsusi diqqəötini çəkdi.Onlar stendimizlə tanış olmaqla yanaşı markanın yenlikləri haqqında məlumatlanmağı unutmadılar

GAME SUMMİT CASIO 50 th anniversary

İyun ayının 01- 02 tarixlərində ölkənin ən böyük oyun layihəsi GAME SUMMİT həyata keçirilmişdir.

Festival iki gün davam etmişdir və media qurumları daxil olmaqla hər kəsin böyük marağına səbəb olmuşdur. Festival nüfuzlu şəxslərlə yanaşı blogerlərin axını ilə müşahidə olunmuşdur.Gənclərin və oyun sevərlərin xüsusi diqqətini çəkməklə yanaşı hər kəsin böyük marağına səbəb olmuşdur.

20000-dən çox ziyarətçinin qarşılandığı festival VR, AI texnologiyası, Kospley, K-Pop, masaüstü oyunlar və musiqi tamaşalarını özündə əks etdirmişdir.

Həmçinin CASIO stendi qonaqların xüsusi diqqətini çəkmişdir.Onlar yeni stendimizlə şəkil çəkdirib, öz suallarını ünvanladılar. CASIO həvəskaları Yeni CASİO saatlarını da almağı unutmadılar.

JAPANESE EMPEROR’S BIRTHDAY RECEPTION 2024

21 Fevral 2024-cü ildə Baku Flame Towers Grand Ball Room-da Yaponiya imperatorunun ad günü ziyafətində iştirakımız reallaşdı. Yaponiyanın Azərbaycandakı səfirliyinin dəvəti ilə qatıdığımız ziyafətdə 500-dən çox şəxs istirak etdi.

Tədbirdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müavini Elnur Məmmədov, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər. Sonra Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrdən danışılıb

Tədbirin rəsmi hissəsindən sonra Yaponiyanın ənənəvi idman növləri ilə bağlı maraqlı səhnəciklər təqdim olunub.

UNEC-də Zəfər Gününə həsr olunan “Breyn rinq” intellektual yarışı

UNEC-in Rəqəmsal Könüllülər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 11 fakültənin iştirak etdiyi. Sualların əsasən Azərbaycan tarixi ilə bağlı.

3 mərhələdən ibarət olan, iştirakçıların maraq və həyəcanla izlədikləri “Breyin rinq”ın finalında UNEC SABAH-ın “Cəbrayıl” komandası ilə Maliyyə və Mühasibat fakültəsinin “Laçın” komandası qarşılaşıblar. Finalda Maliyyə və Mühasibat fakültəsi qələbə qazanıb. SABAH fakültəsi II yerin, Biznes və Menecment fakültəsinin “Ağdam” komandası isə III yerin sahibi olub.

Sonda qaliblərə diplom, kubok və G-SHOCK-dan hədiyyələr təqdim edilib.

G-SHOCK x BDU MƏZUN GÜNÜ 2023

İyunun 23-də Bakı Dövlət Universiteti (BDU) tələbələrinin “Məzun günü” keçirilib.

"Məzun günü"ndə gənclər və idman naziri Fərid Qayıbov, BDU-nun rektoru Elçin Babayev və bir sıra rəsmi şəxslər iştirak edirlər. Tədbirdə BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb: "BDU ailəsi adından hər birinizi tələbə həyatınızın ən əlamətdar günü - "Məzun günü" münasibətilə ürəkdən təbrik edirəm!''

Eyni zamanda təhsildə yüksək nəticələr əldə edərək fərqlənən tələbələrə sertifikatlar və CASIO G-SHOCKdan saatlar hədiyyə edildi. 

Qeyd edək ki, 2022-2023-cü tədris ilində Bakı Dövlət Universitetini 5 000 mindən çox tələbə məzun oldu.

G-SHOCK x UNEC GÜNÜ

İyunun 19-da UNEC-in yaradılmasının 93 ili tamam olur. Bu münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC Günü” qeyd olundu. Tədbirdə inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov UNEC Günü münasibətilə universitet rəhbərliyi adından müəllim, tələbə və əməkdaşları təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzuladılar. 

Sonra UNEC-in həyatında fəal iştirak edən müəllim, əməkdaş və tələbələr təşəkkürnamələrlə təltif edilib, CASIO G-SHOCK brendindən universitetin sosial-ictimai həyatında fərqlənən əməkdaşlarına isə hədiyyələr təqdim olundu.

Tədbirdə Yaradıcılıq mərkəzinin Rəqs və Vokal qruplarının üzvlərinin ifasında bədii hissə ilə davam etdi. UNEC kollektivi 93 yaşını böyük sevinc və coşqu ilə qeyd etdilər.

G-SHOCK x ADA MƏZUN GÜNÜ 2023

 17 iyun 2023-cü il tarixində Sea Breeze Event Hall-da Azərbaycanın ən prestijli universitetinin məzunları ilə birlikdə məzun günü keçirildi.

 310 məzunun iştirak etdiyi tədbirdə G-SHOCK xüsusi stendi və hədiyyələri ilə burada idi. G-SHOCK saatın qalibini konkurs vasitəsilə tapmağa çalışdıq və xanım tələbələrdən biri saatı qazandı!

 Tədbirə məşhur sənətçilər dəvət olunmuşdu: glass music band, djax az, merryband qrupu və s.

G-SHOCK x Partners and Business 2023

“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi çərçivəsində işğaldan azad olunmuş ərazilərdə investisiya imkanlarına və biznesin rəqəmsallaşmasına dair panel müzakirələr təşkil olunub. 8-10 iyun tarixlərində keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub. 3 gün ərzində sərgini 26 min nəfər ziyarət edib. 

 Keçən il olduğu kimi bu il də G-SHOCK stendi böyük marağa səbəb oldu. Sərgidə iştirak edən bir neçə şirkətlə əməkdaşlığımız hələ də davam edir və bu il bir neçə yeni əməkdaşlıqlar da qazanmışıq.

G-SHOCK x THE EMPEROR’S BİRTHDAY

23 fevral 2023-cü il tarixində biz Yaponiya İmperatorunun ad günü münasibətilə Fairmont Baku, Grand Ballroom keçirilən qəbulda iştirak etdik. Tədbirdə 400-dən çox insan iştirak edirdi.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada stendimizə xüsusi maraq göstərmiş, yeni G-SHOCK məhsulları ilə tanış olmuş və brend haqqında təəssüratlarını bölüşmüşlər. Sonra Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrə dair çıxışlar da olub.

Azərbaycan aktyoru, şoumen, naşir, Azərbaycan Respublikasının əməkdar artisti Bəhram Bağırzadə də qonaqlar siyahısında idi və saatlarımıza böyük maraq göstərdi. 

Tədbirin rəsmi hissəsindən sonra Yaponiyanın KUNI-KEN rok qrupu şamisen ifa etdi. 

G-SHOCK x CAVAN KİBER

Dekabrın 11-də La Liqa Oyun Mərkəzində FIFA 2023 Kiber turniri keçirilib. Turnirdə 150 ​​kiber-futbolçu iştirak edib.

İştirakçılar G-SHOCK-dan 20% endirim kuponu və müxtəlif GWP-lər əldə etdilər. Qaliblər isə G-SHOCK-dan pul mükafatları aldılar.

G-SHOCK x CEUS BATTLE

31 iyul 2022-ci ildə G-SHOCK-un dəstəyi ilə Stay High Restobarda CEUS Rap Battle Ring keçirildi.

Tədbirə G-SHOCK və rep musiqi həvəskarları dəvət olunub. G-SHOCK-un Yeni Kolleksiyası nümayiş olunduğu vitrin də təqdim olunmuşdur. 

İştirakçılar və gələn qonaqlara endirim kuponu təqdim olunub. 6 turun sonunda isə qaliblərə G-SHOCK hədiyyə olundu.

G-SHOCK x CAVAN Yeni iL 2023

24 dekabr 2022-ci il tarixində CAGE Lounge-da G-SHOCK fan-klub üzvləri üçün Yeni il tədbiri keçirildi. Məkanda brend loqolu lövhələrlə yanaşı yeni buraxılışlar və bestsellerlər olan bir vitrin də təqdim edildi.

Sonda iştirakçılar arasında müsabiqə keçirildi. Qaliblərə G-SHOCK saatları hədiyyə olundu.

G-SHOCK x BDU MƏZUN GÜNÜ 2022

Saat 17:00-dan 19:00-dək baş tutan tədbirin rəsmi hissəsində gənclər və idman naziri Fərid Qaibov, təhsil naziri Emin Əmrullayev, BDU-nun Himayəçilik Şurasının üzvü Bəxtiyar Aslanbəyli və kafedranın müəllimləri çıxış ediblər. Tədbirin əyləncə hissəsi saat 19:00-da başlayıb və 23:30-a kimi davam edib. Bir çox məşhurlar dəvət olunub, tanınmış ifaçılar maraqlı şou nümayiş etdiriblər.

G-SHOCK mərasimin sponsorlarından biri idi. Burada G-SHOCK stendi böyük marağa səbəb oldu. G-SHOCK loqoları arenanın müxtəlif görkəmli yerlərində nümayiş etdirildi. Görüşün sonunda ilin ən yaxşı məzunlarına G-SHOCK saatları təqdim olundu.

G-SHOCK x Partners & Business 2022

16-18 iyun tarixlərində “Baku Crystal Hall”da yerli şirkətlərin “Partners and Business” Bakı 2022 sərgisi keçirilib. Tədbirdə 200-ə yaxın şirkət və 23 mindən çox ziyarətçi iştirak edib.

Sərgidən əlavə konfrans zalında üç günlük konfrans keçirilib. Burada 2000-ə yaxın sahibkar və dövlət məmuru iştirak edib.

G-SHOCK stendi böyük marağa səbəb olub. Burada bir neçə şirkətlə əməkdaşlığımız hələ də davam edir. 

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

19 mart 2021 tarixində Qubadlı rayonu Sərhəd Qoşunlarında əsgərlərlə görüş keçirilib. Açılışda Azərbaycan sərhədçiləri də yeni hərbi hissənin fəaliyyətə başlaması və Novruz bayramı münasibətilə təbrik edilib.

Tədbirin sonunda hərbi qulluqçuların mükafatlandırılması aksiyası keçirilib.

G-SHOCK x BDU GƏNCLƏR GÜNÜ

Bakı Dövlət Universitetində “Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə BDU-nun tələbələri, müəllimləri, məzunları, media nümayəndələri, müxtəlif xəbər portalları iştirak ediblər.

Rektor, eləcə də prorektor gənclər üçün təbrik nitqi söyləyib. Tədbirdə iştirak edən gənclər arasında müxtəlif yarışlar da keçirilib. Fərqlənən tələbələr, eləcə də yarışlarda iştirak edən tələbələr CASIO saat mükafatına layiq görülüblər.

G-SHOCK x ADA 2022

Yanvarın 16-da Bakının mərkəzində yerləşən "The Orange Grove" adlı unikal müəssisədə Azərbaycanın ən nüfuzlu universiteti ADA-nın (Azərbaycan Diplomatik Akademiyası) məzunları ilə birlikdə tədbir keçirdik.

Tədbirə Türkiyədən 2 məşhur sənətçi dəvət olunub: DJ Deeperise və Repper Burry Soprano. Konsertin aparıcısı ölkədə məşhur olan və qeyri-adi tərzi ilə seçilən MC Mario idi.

Səhnənin hər iki tərəfində G-SHOCK saat modelləri olan roll-uplar quraşdırılmışdır. Həmçinin, G-SHOCK brendinin yenilikləri və bestsellerləri nümayış olan 2 vitrin  və brend wall quraşdırılmışdı. Bütün bunlar birlikdə qonaqların diqqətini cəlb edən orijinal foto zona yaratdı.

Həmçinin qonaqlar üçün müxtəlif şoular, tamaşalar və konkurslar keçirilmişdir.

G-SHOCK x THE BRONX

Dekabrın 25-də Yeni il münasibətilə tədbir keçirilib. Layihə G-SHOCK fan-klubunun bütün üzvlərinin, eləcə də rep mədəniyyətinin nümayəndələrinin dəvət olunduğu THE BRONX adlanırdı.Tədbirdə 250 nəfər iştirak edib (covid məhdudiyyətləri səbəbindən icazə verilən maksimum insan sayı).Bunlar gənclər, rep, hip-hop və aktiv həyat tərzini sevənlərdir.

Tədbirin aparıcılarından və iştirakçılarından biri Azərbaycan rep mədəniyyətində yaxşı tanınan REMO olub. 

Klubun girişində qonaqları G-SHOCK-un əməkdaşı qarşılayıb.Roll-up quraşdırıldı, bütün qonaqlara yenilənmiş GWP materialları verildi: qələmlər, açar zəncirlər, termoslar, kupalar, kataloqlar, açıqcalar və s. Əsas zalda səhnənin yanında yeni G-SHOCK məhsullarının nümayiş olunduğu vitrin quraşdırılmışdır.

G-SHOCK x CAVAN 2021

YARAT 2011-ci ildə tanınmış rəssam Aida Mahmudova tərəfindən Bakıda yaradılmış qeyri-kommersiya incəsənət təşkilatıdır.

Burada hər il gənc rəssamların emalatxanalarda və gündəlik studiya təcrübələrində iştirakına imkan verən bir neçə iri layihələr həyata keçirilir ki, onlardan biri də ən böyük sərgi muzeylərindən biri olan G-SHOCK YARAT təşkilatı ilə birgə həyata keçirilən CAVAN layihəsidir. Layihənin məqsədi müasir mədəniyyət və incəsənətlə maraqlanan istedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsidir. Bundan əlavə, rəqs və küçə sənəti üzrə ustad dərslərin keçirilməsidir.

Festivalın ikinci günündə “Bütün üslublar” və “Qələbə” döyüşləri, “Breakdance” müasir rəqs turniri keçirilib. Festivalda G-SHOCK foto zona quruldu, yeniliklər təqdim olundu. G-SHOCK CASIO STORE mağazalarına aid 20% endirimli 200 kupon qonaqlara hədiyyə etdik. 

Festivalda tamaşaçılar üçün buz testi keçirilib. Saatı suya batırdıqdan, dondurduqdan, sonra çəkiclə əzdikdən sonra G-SHOCK-un fəalliyəti  qonaqları saatın mütləq gücünə və sarsılmazlığına heyran qoyub!

G-SHOCK x BDU QƏLƏBƏ GÜNÜ 2021

G-SHOCK  5 noyabr tarixində Bakı Dövlət Universitetində 8 Noyabr Azərbaycanın Qələbə Gününə həsr olunmuş tədbirdə iştirak etdi. Tədbirdə universitetin müəllimləri, tələbələr, dekanlıq, eləcə də BDU-nun rektoru və prorektoru, müharibə veteranları iştirak ediblər. 

Burada CASIO loqosu ilə roll up quraşdırılmış, həmçinin G-SHOCK sevənlər üçün fan zone yaradılmışdı.

Sonda BDU-nun məzunları, eləcə də müharibə veteranlarına 8 noyabr Qələbə günü şərəfinə G-SHOCK qol saatı təqdim edilib.

G-SHOCK x BDU MƏZUN GÜNÜ 2021

2021-ci il 29 iyun tarixində Bakı Dövlət Universitetində (BDU) “Məzun günü” tədbiri keçirilib. Tədbir məhdud sayda məzunun iştirakı ilə açıq havada karantin rejiminin qaydalarına ciddi riayət olunmaqla təşkil olunub.

G-SHOCK bu tədbirdə iştirak edərək universiteti yüksək nəticə ilə bitirən tələbələr üçün hədiyyələr təqdim etdi.

"Centlmenlər" filminin premyerasında "LyubaLive" ilə

"Parkcinema" kinoteatrında "Centlmenlər" filminin premyerası baş tutub.

"Centlmenlər" filminin premyerasında film təqdim olunmazdan əvvəl tədbirə dəvət olunan şəxslərə viski, kokteyllər, burqer və energetik içkilər təklif edilib. Qonaqlar Dj-in səsləndirdiyi mahnı sədaları altında rəqs etdikdən sonra filmin posteri ilə şəkil çəkdiriblər. Təxminən 1 saat davam edən partidən sonra filmin nümayişi baş tutub. Qonaqlar arasında tanınmış model və bloqerlər də var idi.

Maşın Show

Maşın Show - realiti şou janrında olan Azərbaycandakı ən yüksək reytinqə malik layihədir. 

Layihədə 18 nəfər iştirak edir. Hər bir iştirakçı yarışmaya MGP şirkətinin rəhbərliyi adından şəxsən dəvət olunur. Oyunun şərtlərinə görə, iştirakçı tələb olunan vaxtda əlini maşın üzərindən çəkə bilməz. Əks halda oyunu tərk etməlidir.

2019-cu il Maskarad buraxılışında G-SHOCK bu layihənin sponsorlarından biri idi. İştirakçılara G-SHOCK saatı haqqında geniş məlumat verildi. Saatın davamlılığını maximum əks etdirmək üçün onlarla birlikdə crash test həyata keçirildi. 

Barrel Playground-da BABY-G Tədbiri

Ziyarətçilər yerli qraffiti sənətçilərinin nümayişi, gənc rep sənətçilərinin çıxışları, müxtəlif müsabiqələrlə qarşılaşdılar.

Burada iki nominasiya hazırlanmışdır, onlardan birincisi Best Line formatında keçirildi və burada iştirakçılar xüsusi hazırlanmış skeyt fiqurlarında məhdud müddət ərzində maksimum sayda təmiz və dəbli fəndləri göstərməyə məcburdurlar.

İkinci nominasiya Game of Skate klassik oyununun qaydalarına əsasən keçirildi. Sonda şounun tamaşaçılarına CASIO G-SHOCK mağazalarında istənilən model CASIO saatlarına endirim kuponları verildi.

G-SHOCK FAN CLUB EVENT

Hər il ölkəmizdə G-SHOCK CASIO Fan Klubunun üzvləri üçün toplantı keçirilir, burada qonaqlar yeni məhsullarla tanış olmaq, best sellerlər haqqında daha çox məlumat əldə etmək və əyləncəli vaxt keçirmək imkanı əldə edirlər!

İyulun 23-də G-SHOCK FAN CLUB sərt karantin rejimindən sonra ilk görüşünü La Kuku-də təşkil etmişdir.

Tədbirdə furşet, pulsuz içkilər, bütün 5 G-SHOCK filiallarında keçərli olan endirim kuponları paylanılıb və təbii ki, müsabiqələr keçirilib. Viktorinalarda iştirak edənlər sarsılmaz G-SHOCK-un sahibi olmaq və Fan Club kartı əldə etmək imkanı qazandılar. Bu kartın sahibləri G-SHOCK Fan Club-a üzv olaraq sonrakı bütün tədbirlərə dəvət əldə etmiş olur, həmçinin kart vasitəsilə artıq sevimli markasından saatları eksklüziv endirimlərlə əldə etmək imkanı qazanır.

Azərbaycanda ilk G-SHOCK FLAGMAN Mağazasının açılışı

Tədbirdə tanınmış aparıcı Kamran Razmovar müxtəlif əyləncə və şou proqramlar, hədiyyəli müsabiqələr keçirib, eləcə də qonaqları G-SHOCK saatlarının tarixi və fəlsəfəsi ilə tanış etmişdir.
Tədbirdə həmçinin Yaponiyadan təşrif buyurmuş CASIO-nun reqional meneceri Mr.Saido iştirak etmişdir. O, Azərbaycanda G-SHOCK-un möhtəşəm fəaliyyətini yüksək qiymətləndirdiyini bildirmişdir.
Qonaqların siyahısında G-SHOCK markasının Azərbaycandakı Rəsmi simaları da iştirak etmişdir:

  • G-SHOCK brendinin Azərbaycandakı siması, kikboksinq üzrə 26 qat dünya çempionu, 7 qat avropa çempiyonu və bir çox titula sahib olan Ağ Canavar EDUARD MƏMMƏDOV!
  • Azərbaycanın ən cazibədar aktrisası, ölkəmizi öz rəqslərilə xarici ölkələrdə layiqincə təmsil edən, BABY-G saatlarının Azərbaycandakı ambasadoru Oksana xanım Rəsulova!
  • Məhşur aparıcı, aktyor və bizim dostumuz Şəhriyar Abilov - EDIFICE markasının siması!
  • Powerlifting üzrə 4 qat dünya, 7 qat Avropa çempionu Namiq Cəfərov!
  • Və ölkəmizin ən tanınmış fashion bloggeri Blogger Nadjiba!
Rəqs

G-SHOCK DANCE BATTLE 2021

Bütün rəqqasları birləşdirmək üçün G-SHOCK FAN CLUB rəsmi distributor olaraq hər il G-SHOCK DANCE BATTLE yarışı təşkil edir. Peşəkar və istedadlı rəqqaslarla yarışmağa hazır olan hər kəsə iştirak etmək, müsbət enerji almaq və əlbəttə ki, sarsılmaz G-SHOCK saatını qazanmaq imkan yaradır!

Avqustun 8-də biz Fan Club heyətimizi, eləcə də maraqlanan hər kəsi partiyə dəvət etdik. Tədbirdə CASIO G-SHOCK-un bütün 5 filialında keçərli olan endirim kuponları, içkilər, kiçik hədiyyələr, eləcə də yarış iştirakçılarının inanılmaz enerjisi paylandı! Tamaşaçılar G-SHOCK saatının mükəmməl sərtliyini nümayiş etdirən buz crash testini canlı izləyə bildilər. Çəkiclə sındırılmış buz küpünün içindən çıxan saat heç bir zədə almadan eyni dəqiqliklə işləməyə davam edir.

Tamaşaçıları və rəqqasları musiqi ilə dəstəkləyən H3 musiqi qrupu dəvət edildi. Tədbir boyu divarlara qraffiti çəkildi. Tam azadlıq və enerji atmosferi yaradıldı.

G-SHOCK DANCE BATTLE 2019

G-SHOCK DANCE BATTLE – beynəlxalq rəqs turniri hər il Yaponiya, ABŞ, MDB ölkələri və bir çox Avropa ölkələrində keçirilir.
Bu tədbirin əsas məqsədlərindən biri gəncləri rəqslərə cəlb etmək və istedadlı, perspektivli rəqqasların idman zallarından böyük səhnələrə çıxarılmasıdır.

G-SHOCK DANCE BATTLE iki kateqoriyada keçirilir:
Hip-Hop və Break Dance.
Şou iştirakçıları peşəkar rəqqaslardır və hakimlər tərəfindən qiymətləndirilərək yüksək pul mükafatı ilə təltif olunmuşdurlar.

Xüsusi qonaq kimi dəvət olunan kikboxing üzrə  26 qat dünya, 7 qat avropa çempionu, və bir çox titula sahib olan Eduard Məmmədova CASIO-nun regional meneceri Mr.Saido şirkətin direktoru tərəfindən G-SHOCK brendinin yüksək səviyyədə təmsili və CASIO brendinin reklam çarxında iştirak etdiyi üçün təşəkkürnamə təqdim etdi.