Niyə CASIO?
Öncə CASİO brendinin tarixinə nəzər salaq.1946-cı ildə yaranan CASIO markasının ilk məhsulu siqareti tutmaq üçün nəzərdə tutulmuş üzük olmuşdur. Müharibə illərinə təsadüf edən bu məhsul özünü doğrultmağı bacardı. Daha sonra bir sıra elektronik məhsullar istehsalına davam edən brend artıq həm güvənilir, həm də də hər kəsin büdcəsinə uyğun elektronik məhsullar üzrə ixtisaslaşmağı bacarmışdı.1974-cü ildə ilk saatını istehsal edən CASIO şirkəti bir neçə il sonra saat tarixində yeni bir inqilab edəcəkdi. O zamana qədər qol saatları hər kəsin təfəkküründə həddindən artıq zərif bir aksesuar kimi yer etmişdi. 1981-ci ildə Kikuo İbe atasının yadigarı olan saatının əlindən düşdüyü üçün qırılmasından sonra davamlı saat ideyasını irəli sürür.
Artıq saatlar əlimizdən düşdüyü halda qırılmayacaqdı,su ilə təmasda olduğu halda çalışmağa davam edəcəkdi. 1983-cü ildə bütün bu tələbləri ödəyən saat istehsal olundu və G-SHOCK markası yaranmış oldu. G-SHOCK yəni “Gravity Shok”. Artıq yerin cazibə qüvvəsi ilə savaşacaq yeni saat markası yaranmışdı. Yarandığı gündən daima yeni modellər və funksiyalarla yenilənən G-SHOCK dünyanın bir çox ölkələrində satış nöqtələri olan dünya brendinə çevrilmişdir.
İndi isə ən başdakı sualım haqqında danışaq.
Baxmayaraq ki,Yaponiya ilə fərqli regionda,fərqli coğrafiyadayıq.Azərbaycanda saat istifadəçisi olan və olmayan bir çox insanlar CASIO markasını tanıyır.