CASIO Watch 50th Anniversary

CASIO Watch 50th Anniversary

Mart ayının 16-17 tarixlərində qatıldığımız "Novruz" sərgisində CASIO stendi böyük marağa səbəb olub. Sərgini ziyarət edən qonaqlara marka haqqında məlumatlar verildi, hədiyyələr təqdim olundu.

Tədbir 3500-dən çox şəxsin marağına səbəb oldu. Stendimizlə maraqlanan sərgi iştirakçıları yeni CASIO saatlarını almağı da unutmadılar.

Bir sıra ictimai xadimlərin və media üzvlərinin iştirak etdiyi sərgidə aksesuarlar, əl işləri, baxım məhsulları, milli yemək və şirniyyatlar sərgilənmişdir. 

Minlərlə şəxsin xüsusi diqqətini çəkən sərgi media üzvlərinin də diqqətindən yayınmadı.