Drive Show Baku 2025

Drive Show Baku 2025

Bu il 2025 “Drive Show Baku” tədbiri bizim üçün olduqca maraqlı və yadda qalan keçdi. CASIO EDIFICE brendinin ruhunu – sürəti, dəqiqliyi və texnologiyanı bu tədbirdə avtomobil həvəskarlarına birbaşa tanıtmaq imkanı qazandıq. Həm atmosfer, həm iştirakçılar, həm də təqdim etdiyimiz saatlar öz aralarında o qədər təbii bir uyğunluq yaratdı ki, bir anlıq sanki zaman da bizim ritmimizə uyğun işləyirdi.

Tədbir boyunca CASIO EDIFICE saatlarının həm də performans, dəqiqlik və idman üslubunun simvolu olduğunu vurğuladıq. İştirakçılarla maraqlı söhbətlərimiz oldu – sürətli avtomobillərin və yüksək texnologiyalı saatların ortaq nöqtələri haqqında danışdıq. Dəqiqliyə və funksionallığa önəm verən ziyarətçilər, EDIFICE modellərinin həm texniki xüsusiyyətləri, həm də dizaynları ilə yaxından maraqlandılar.

Qeyd etməyə dəyər məqamlardan biri də tədbir zamanı qaliblərə hədiyyə etdiyimiz CASIO EDIFICE saatları oldu. Qaliblər arasında bizim üçün xüsusi əhəmiyyət kəsb edən adlardan biri də sevimli ambassadorumuz Elvin Xudaverdiyev oldu. Onun bu tədbirdə uğur qazanması və EDIFICE saatını qürurla təqdim etməsi bizim üçün həm peşəkar, həm də emosional baxımdan çox dəyərli idi.

Tədbir boyunca bir çox yeni izləyici və saatsevərlə tanış olduq. Onların fikirləri, sualları və maraqları bizə həm motivasiya verdi, həm də gələcək planlarımız üçün dəyərli istiqamətlər göstərdi. EDIFICE brendi olaraq, bizi sevindirən əsas nüans isə iştirakçıların markamıza olan pozitiv münasibəti və təqdim etdiyimiz dəyərləri tam şəkildə qəbul etməsi oldu.

"Drive Show Baku"  sürət və zamanın harmoniyasını yaşadığımız, saatların ruhunu hiss etdiyimiz bir gün idi. CASIO EDIFICE olaraq orada olmaqdan və bu enerjini bölüşməkdən qürur duyduq. Gələcəkdə də bu cür tədbirlərdə iştirak edərək həm brendimizi daha yaxından tanıtmaq, həm də real həyatın içində olan saat təcrübələrini insanlara çatdırmaq bizim üçün əsas prioritetlərdən olacaq.