MERİDİAN 2014 MMC olaraq biz JACQUES LEMANS saat markasının 50 illik yubiley tədbirində rəsmi tərəfdaş olaraq fəal iştirak etdik. Bu unudulmaz anları sizlərlə bölüşməkdən qürur duyuruq.
JACQUES LEMANS — dünyada tanınmış Avstriya saat markasıdır. 1974-cü ildə Alfred Riedl tərəfindən təsis olunmuş bu marka, yarım əsr ərzində yüksək keyfiyyət və innovativ yanaşma ilə özünü sübut etmişdir. Hal-hazırda marka 120-dən çox ölkədə, minlərlə model və yüzlərlə fərqli dizaynda saatlar və zərgərlik məhsulları ilə təmsil olunur.
Yubiley tədbiri möhtəşəm bir gecə şəklində Avstriyada — Taggenbrunn Castledə keçirildi. Tədbirə markanın rəhbərliyi, beynəlxalq distribütorlar və qlobal tərəfdaşlar qatıldı. Biz MERİDİAN 2014 MMC olaraq bu tarixi anı görməkdən və bu prestijli brendlə birgə olmaqdan məmnunuq.
Bu tədbirdə JACQUES LEMANS-in yeni, xüsusi buraxılışlı 50 illik Eco Power Solar xronoqrafları təqdim edildi. Bu saatlar güclü günəş enerjisi ilə işləyən innovativ mexanizmə malikdir və enerji üçün batareya tələb etmir. Hər detalı — materialdan tutmuş funksionallığa qədər — yüksək standartlara cavab verir və kolleksiyaçılar üçün xüsusi dəyərə malikdir.
Tədbirdə iştirak etmək bizim üçün böyük şərəf idi. Burada JACQUES LEMANS peşəkar komandası ilə bir mərhələdə olmaq, yeni kolleksiyanı görmək və sənaye liderləri ilə fikir mübadiləsi aparmaq MERİDİAN 2014 MMC-nin gələcəkdə daha da güclü tərəfdaşlıq əlaqələri qurmaq niyyətimizi daha da möhkəmləndirdi.
Azərbaycan bazarında JACQUES LEMANS-ı rəsmi distribütor kimi təqdim etmək bizim üçün böyük məsuliyyətdir. Biz bu brendin keyfiyyətini, dizaynını və dünyada qazandığı hörməti hər zaman yüksək səviyyədə nümayiş etdirməyə çalışırıq.
📸 Tədbirdən fotolar və videolar aşağıda yer alır
📍 MERİDİAN 2014 MMC komandası izləyicilərinə minnətdarlığını bildirir!
https://www.youtube.com/watch?v=Jyd6N-HcWg4