MERIDIAN 2014 şirkətinin rəsmi servis mərkəzinin təşkil etdiyi xidmət günü, özünün unikallığı və müştəriyə yönəlik peşəkar yanaşması ilə həqiqətən unudulmaz anlarla yadda qaldı. 19 aprel tarixində saat həvəskarları və marka sevərləri üçün xüsusi bir gündü, çünki biz onların sevimli brendlərinin texniki xidmətini mükəmməl şəkildə təqdim etdik. Bu tədbirə Yaponiyadan servis nümayəndələri qatıldılar və servis prosesinin mükəmməl şəkildə həyata keçirilməsinə kömək etdilər.
Müştərilərimiz xidmətə gələndə, onları gülərüzlü əməkdaşlarımız qarşıladı və ilk növbədə qəbul şöbəsinə yönləndirdilər. Qəbul zamanı saatlar xüsusi qutulara yığıldı, sonra isə servisdə mütəxəssislər tərəfindən təmir üçün alındı. Prosesin hər mərhələsi diqqətlə izlənildi və müştərilərə rahatlıq təmin olundu. Təmir olunan saatların təhvil verilməsi isə: bəzi saatlar dərhal servisdən götürülüb təhvil verildi, bəzilərinə isə zəng edilərək təmirin tamamlanması bildirilərək rahat şəkildə əldə edilməsi təmin olundu.
Müştərilərə xüsusi təkliflər də təşkil etdik. Məsələn, batareya dəyişimi pulsuz həyata keçirildi və bu təklif müştərilərimiz tərəfindən böyük maraqla qarşılandı. Üstəlik, hər bir CASIO saatı təhvil verənə 20% endirim kuponu təqdim olundu, həmçinin köhnə CASIO saatlarını gətirənlər üçün 30% endirim imkanı verildi. Bu endirim kuponları 31 may 2025-dək keçərli olacaq, beləliklə, müştərilərimiz uzun müddət bu fürsətdən yararlana biləcəklər.
Bu unikal gün ərzində, biz təqribən 150-200 müştəriyə yüksək keyfiyyətli xidmət təqdim etdik və onların hər birini ən yaxşı şəkildə yola saldıq. Servis prosesinin sürətli, səmərəli və keyfiyyətli olmasına böyük önəm verdik. Bu tədbir, sadəcə bir xidmət günü olmaqla qalmadı, həm də müştərilərimizə göstərdiyimiz diqqət və xidmətin yüksək səviyyəsini bir daha nümayiş etdirdi.
Meridian 2014 şirkəti olaraq, hər zaman müştərilərimizin ehtiyaclarını ön planda tutmağa və onlara ən yaxşı xidməti təqdim etməyə davam edəcəyik! Daha ətraflı https://www.youtube.com/shorts/mcKi7WKJPtg