UNEC GRADUATION DAY

UNEC GRADUATION DAY

İyunun 28-də “Baku Crystal Hall”da 17 mindən çox tələbə, valideyn və müəllimin iştirak etdiyi UNEC-in məzun gecəsi keçirilib.


Saat 18:00-dan 19:30-dək keçirilən tədbirin rəsmi hissəsində UNEC-in rektoru Ədalət Muradov, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və kafedranın müəllimləri çıxış ediblər.


Tədbirin əyləncə hissəsi saat 19:30-da başlayıb və 23:00-a kimi davam edib. Bir çox məşhurlar dəvət olunub, tanınmış ifaçılar maraqlı şou nümayiş etdiriblər.

G-SHOCK mərasimin sponsorlarından biri olub. Səhnədən sponsor-təşkilatçılara xüsusi təşəkkürlər edilib.


G-SHOCK stendi böyük marağa səbəb oldu. G-SHOCK loqoları arenanın müxtəlif yerlərində nümayiş etdirildi. İlin ən yaxşı məzunları G-SHOCK saatları ilə mükafatlandırılıb