PROTREK, macəraçı. İlk dəfə 1994-cü ildə istehsal olunan bu saat xüsusilə həddindən artıq ekstrim sevənlər üçün yaradılıb. İldən-ilə PRO TREK turist üçün lazım olan funksiyaların istifadəsini təkmilləşdirir. Günəş batareyası, kompas, altimetr, barometr, termometr, LED işıq, 200 metrlik suya davamlılıq, vaxt ölçümü ilə bağlı bir çox funksiyalar bütün hava şəraitlərində istifadə etmək üçün ideal vasitədir.